Subaru şirkəti Wilderness xəttindən olan avtomobillərə marağı artırmağa davam edir. Bu dəfə, yapon istehsalçısı özünün YouTube kanalındakı hesabında yeni videotizeri dərc edib. Videoçarxdakı avtomobilin “xüsusi olaraq yolsuzluq üçün hazırlanmış” Forster modelinin olduğu görünür. Forester krossoveri Outback modelindən sonra Wilderness xəttinə qoşulacaq ikinci Subaru avtomobili olacaqdır. Eyni zamanda, istehsalçı Forester Wilderness modelinin təqdimat tarixini də açıqlayıb – 2 sentyabr.
Videotizerdəki avtomobili müxtəlif şəraitlərdə, o cümlədən meşədə, qarda və daşlı yollarda sınaqdan keçirirlər. Modelin özü isə, yuxarıdan, quş uçuşu yüksəkliyindən göstərilir ki, ordan da nə isə görmək qeyri-mümkündür.
Wilderness sırasındakı növbəti avtomobilin Outback ilə eyni təkmilləşdirmələri alacağını güman etmək olar. Bu təkmilləşdirmələrin arasında yenidən tənizmlənmiş asqı sistemi də var: asqı daha sərt olacaq və mürəkkəb yolsuzluqda yükəldilmiş sabitliyi təmin edəcəkdir.
Transmissiyada genişləndirilmiş funksionalı olan X-Mode ofroud rejimi, habelə mühərrikin və dartmaya nəzarət sisteminin optimal xüsusiyyətlərini seçən Snow/ Dirt və Deep Snow/Mud funksiyaları peyda olub.
Outback universalının klirensi 221-dən 241 millimetrə qədər artırılıb, giriş və çıxış bucaqları isə əvvəlki 18,6 və 21,7 dərəcənin əvəzinə, müvafiq olaraq 20 və 23,6 dərəcə olublar. Bundan başqa, ön və arxa bamperlərdə iri örtmələr, habelə kapotda parıltı əleyhinə örtük peyda olublar. Avadanlıq siyahısına altlığın müdafiəsi və Yokohama Geolandar ofroud şinləri taxılmış 17-düymlük disklər daxil edilib. Güc qurğusu dəyişilməz qalıb. Wilderness xətti ABŞ və Kanada bazarı üçün nəzərdə tutulub və bu ölkələrdən kənarda satılmayacaqdırlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.