Subaru BRZ kupesinin yenidən tS (Tuned by STI) indeksli şərti “isidilmiş” versiyası peyda olub. Onun təqdimatı bir neçə gün əvvəl, yapon brendinin pərəstişkarlarının ən böyük toplantısı olan Subiefest California tədbiri çərçivəsində baş tutub.

Bununla belə, tS versiyası diler salonlarında 2024-cü ilin birinci rübündən tez peyda olmayacaq. Əvvəllər olduğu kimi, BRZ tS modelində quraşdırılan 2,4-litrlik oppozit mühərriki (231 at qüvvəsi, 250 Nm) təkmilləşdirilməyib. Yaponlar təkmilləşdirmələri eksteryer tərtibatı, asqının yenidən tənzimlənməsi və yeni əyləc mexanizmlərinin quraşdırılması ilə məhdudlaşdırıblar.

Kupenin standart amortizatorları STI sazlamaları olan Hitachi dayaqları ilə əvəzlənib. Onlar avtomobili daha da çevik edir, reaksiyaların kəskinliyini və həssaslığını artırırlar. Standart əyləclər Brembo mexanizmləri ilə əvəz olunublar. Buraya qızılı rəngli supportları (öndə - dördporşenli, arxada - ikiporşenli), eləcə də daha böyük rotorlar və əyləc yastıqları daxildir.

Hər bir BRZ tS kupesi Michelin Pilot Sport 4 şinləri taxılmış 18-düymlük təkər diskləri və Crystal Black Silica rənginə gövdələri olan yan güzgülər ilə təchiz edilir.

Kupenin interyeri dəri və Brin Nau sintetik nubuk ilə üzlənir, habelə mavi və qırmızı aksentlərlə bəzədilir. BRZ tS modelinin standart təchizatına arxa oxdakı yüksək sürtünməli Torsen differensialı, yaxın və uzaq LED işıqları, Track hərəkət rejimi, iki zonalı iqlimə nəzarət sistemi və mühərriki düymə ilə işə salınması daxildir.

Eyni zamanda, BRZ tS xüsusi EyeSight təhlükəsizlik sistemi ilə təchiz edilmiş, mexaniki transmissiyalı ilk Subaru modelidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Köməkçi sistemlər dəsti, standart olaraq, 2024 modeli ilinin bütün BRZ modellərində quraşdırılır. Yeni dəst adaptiv kruiz-kontrolu, avtomatik əyləcləmə funksiyasını, zolaqdan çıxma və qarşıdakı avtomobilin hərəkətə başlaması barədə xəbərdarlığı ehtiva edir.

BRZ tS modelinin qiyməti hələlik məlum deyil, lakin yaponlar qiyməti bunu ilin sonuna qədər açılamağa söz veriblər. Xatırladaq ki, ABŞ bazarında standart kupenin qiyməti 28,6 min dollardan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.