Subaru yeni prioritetləri anlaşılan ardıcıllıqla düzüb: birinci, bir ay əvvəl Outback krossoveri yenilənib, yalnız indi növbə yenilənmiş Legacy sedanına çatıb. Əvvəllər bu duetdə baza modeli məhz sedan hesab edilirdi və müvafiq olaraq brinci təqdim olunurdu, lakin əsas bazar sayılan ABŞ-dakı satış statistikası öz sözünü deyir: burada keçən il 155.000 Outback krossoveri satılıbsa, yalnız 23.000 alıcı Legacy sedanını seçib.

Sedan krossoverlə eyni üslubda yenilənib, lakin onun əldə etdiyi təkmilləşdirmələrin miqdarı daha azdır. Ön hissənin dizaynı dəyişdirilib: digər fənərlər və bamper peyda olub, radiator barmaqlığı böyüdülüb, lakin duman işıqları əvvəlki kimi qalıblar. Xatırladaq ki, Outback modelində yeni duman işıqları quraşdırılır.

Arxa tərəfdə isə, yalnız bamperdəki qara əlavənin forması dəyişdirilib.

Salonda ilk baxışdan heç nə dəyişməyib. Bununla belə, 11,6-düymlük şaquli ekranı olan “böyük” mediasistemi menyunun yeni qrafikasını əldə edib və indi Apple CarPlay və Android Auto interfeyslərinin simsiz qoşulmasını dəstəkləyir.

Sükanın qızdırılması (opsiyadır) indi çarxın bütün uzunluğu boyunca həyata keçirilir. Amma quraşdırılmış displeyi olan salon güzgüsü sedan üçün əlçatan deyil.

Mühüm yenilik - təkmilləşdirilmiş EyeSight sistemidir: ön şüşənin altındakı stereokameraların baxış bucağı artırılıb, proqram təminatı təkmilləşdirilib. Touring XT top versiyası indi, mövcud iki linzaya əlavə edilmiş üçüncü mərkəzi linzası olan yeni nəsil EyeSight sistemini alıb.  Şirkət, bu monokameranın velosipedçiləri və piyadaları daha tez tanıdığını iddia edir. 

Elektronikaya daha yeyin və daha intensiv şəkildə yavaşlamağa başlamağa imkan verən yeni elektrik əyləc gücləndiricisi də tətbiq edilib. Nəhayət, sürücüyə 80 km/saat sürətində maneələrdən qaçmağa kömək edən Avtomatic Emergency Steering sistemi də mövcuddur.

Güc qurğuları əvvəkilərdir. Subaru Legacy 2,5-litrlik (185 at qüvvəsi) atmosfer və ya 2,4-litrlik (264 at qüvvəsi) “turbodördlük” ilə təklif olunur, hər iki mühərrik variator və tam ötürmə sistemi ilə birlikdə çalışır. Yenidən tənizmlənmiş asqısı, baqaj qapağındakı spoyleri və qara dekoru olan Legacy Sport versiyası ayrıca mövqeləndirilir.

Ancaq əvvəllər belə sedanlarda anlaşılmazlıq ucbatından baza mühərriki quraşdırılırdısa, restaylinqdən sonra Sport versiyası nəhayət turbomühərrikə və radiator barmaqlığındakı qırmızı işləməyə sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Legacy sedanı payızda satışa çıxacaq və ancaq Şimali Amerika bazarında təklif ediləcəkdir. Cari nəsil Legacy sedanı yalnız İndianadakı zavodda istehsal olunur və hətta, Subaru markasının vətəni Yaponiyada belə bu model artıq satılmır. Hər şey, Subaru Legacy sedanının tezliklə yapon istehsalçısının model çeşidindən tamamilə yoxa çıxmasına doğru gedir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.