Subaru şirkəti gələn ay keçiriləcək Çikaqo avtosalonunda debütü planlaşdırılan yenilənmiş Legacy sedanını təqdim etmişdir. Sedanın eksteryer və interyerinin tərtibatı dəyişdirilmiş, texniki hissəsi isə yenilənmişdir.

2018-ci model ilinin Subaru Legacy modeli cari modeldən fənərlərin, radiator barmaqlığının forması və kuzov dəstinin elementləri ilə fərqlənir. Öndə opsional işıqdiodlarından duman əleyhinə fənərlər, arxada isə baqaj qapağının üzərinə kiçik spoyler quraşdırılmışdır. Bundan başqa, mümkün olan kuzov rənglərinin sayı və təkər disklərinin növləri artırılmışdır. Sedanın salonunda yeni sükan çarxını, klimat-kontrolun blokunu və yeni tərtibat rənglərini görmək mümkündür. Eyni zamanda, interyerin tərtibatında istifadə edilən materialların kefiyyəti yüksəldilmiş, səs və titrəmələrin izolyasiyası yaxşılaşdırılmışdır

Subaru Legacy modeli standart olaraq 6,5-düymlük displeyi olan, Apple CarPlay və Android Auto funksiyayalarını dəstəkləyən multimedia sistemi ilə təchiz ediləcəkdir. Əlavə ödənişlə səkkiz düymlük sensorlu displeyi və daha güclü prossesoru sifariş etmək olar. Subaru şirkərindən klimatik sistemin salonu daha tez soyutduğunu bildirmişdirlər. Yeni opsiyalar siyahısında adaptiv kruiz-kontrolu, avtomatik əyləcləmə, zolaqlara nəzarət və ətrafdakı hərəkət axınına nəzarət funksiyaları olan EyeSight sürücüyə yardım kompleksini görmək olar. Şinlərdə olan təzyiqə nəzarət sistemi artıq hər bir şindəki təzyiqi göstərmək imkanı əldə etmişdir. Avtomobilin təchizatına döngələrdə işığın istiqamətini dəyişən sistem və «uzaq» işığın avtomatik işə salınması funksiyası da əlavə edilmişdir.

Yenilənmiş Legacy modelinin mühərrik çeşidinə əvvəlki 175 at qüvvəli 2,5-litrlik dörd silindrli və 256 at qüvvəli 3,6-litrlik altı silindrli mühərriklər daxil edilmişdir. Tam çəkiş və dartma vektorunu idarəetmə sistemləri sedanın baza təchizatına daxildir. Hər iki mühərrik Lineatronic variatoru ilə çalışacaqdır ki, bu qutunun da səs səviyyəsi yeni zəncir sayəsində azaldılmışdır. 

Yapon mütəxəssisləri həmçinin avtomobilin idarə edilməsini yaxşılaşdırmaq üçün asma sistemini yenidən tənzimləmişdirlər. Təkmilləşdirilmiş elektik sükan gücləndiricisi sayəsində sükan sistemi daha həssas olmuşdur. Eyni zamanda, əyləc pedalının həssaslığı da artırılmışdır. Yenilənmiş Subaru Legacy sedanının satışlarına yay aylarında başlanacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt