Subaru şirkəti yenilənmiş Legasy Sport və Outback Touring modellərini təqdim etmişdir. Hər iki avtomobil tünd-boz rəngli radiator barmaqlığını, xüsusi duman əleyhinə fənərləri, xrom aksentləri, gümüşü rəngli arxa görüntü güzgülərini və 18-düymlük təkər diskləri əldə etmişdir. Subaru Outback Touring modeli əlavə olaraq gümüşü rəngli reliqlərlə təchiz edilir. Göründüyü kimi, Subaru dizaynerləri avtomobillərin zahiri görkəminə cüzi müdaxilə etmişdirlər. Cüzi müdaxiləni həmçinin onalrın interyerində də müşahidə etmək olar.
Subaru Legasy Sport modifikasiyasının salonunda mavi tikişləri olan iki rəngli parça ilə örtülmüş oturacaqları, qara lakla boyanmış işləmələri və Starlink məlumat-əyləncə kompleksinin 7-düymlük sensorlu ekranını görmək olar. Outback modelinin top-variantı olan Touring modifikasiyasının salonunda fil dişi rəngli tikişləri olan dəlikli tünd-qəhvəyi dəri ilə örtülmüş salonu və ağacı təqlin edən işləmələri görmək mümkündür. Subaru Outback Touring modifikasiyasının da təchizatına GPS-naviqasiya sistemi və 7-düymlük sensorlu displeyi olan Starlink məlumat-əyləncə kompleksi daxil edilmişdir.
Hər iki avtomobil 175 at qüvvəsi gücü və 236 Nm fırlanma anı olan 2,5-litrlik dördsilindirli oppozit mühərriki, Lineatronic və tam ötürməli çəkiş sistemi ilə təchiz edilirlər. Subaru Outback Touring modeli əlavə olaraq 256 at qüvvəsi gücü olan 3,6-litrlik altısilindirli mühərrik ilə də təklif edilir.