Subaru şirkəti məhdud tirajla buraxılacaq BRZ Touge idman kupesini təqdim edib. Subaru şirkəti öz avtomobillərinin inkişafı üçün fərqli istiqamət seçdiyinə görə, “bərkgedən” STI xətti ömrünü sizlərə bağışlayıb. Bundan sonra, yapon brendi öz pərəstişkarlarına yalnız xüsusi dekoru və tənizmlənmələri ilə seçilən, lakin ciddi texniki dəyişikliyə məruz qalmayan tS modifikasiyasını təklif edəcək.
Bununla belə, Tuned by STI kataloqundakı hissələrdən istifadə edərək, yeni Subaru BRZ STI modelinin necə ola biləcəyini göstərən bir avtomobili əldə etmək olar. Əlbəttə ki, əgər istehsalçı özü bunu etmək qərarına gələrsə...
Subaru yeni kupenin İtaliya bazarındakı təqdimatını, dolama dağ keçidləri ilə yeyin və dəqiq hərəkət formatında keçirilən yapon yarışı - toqanın adını daşıyan BRZ Touge məhdud buraxılışlı versiyası ilə qeyd etmək qərarına gəlib. Şirkət kataloqundakı aksesuarlarından istifadə edərək unikal bir model yaratmaq mümkün olub - çünki bütün bu hissələrə əvvəllər heç bir avtomobildə rast gəlinməyib.
Kupe, Touge loqotipləri və Michelin Pilot Sport 4 şinləri olan, kanonik qızılı rəngə boyanmış 18-düymlük OZ Racing Ultraleggera Race disklərini alıb. Alternativ kimi, Yokohama BluEarth Winter V905 şinləri taxılmış boz rəngli disklərini sifariş etmək olar. Salonda yeganə dəyişikliklər firmas ayaqaltılar və xüsusi versiyanın emblemləri olan qapı kandarlarıdır.
Blue Pearl rəngində kuzova malik olan xüsusi versiya, tərkibinə ön splitter və arxa spoyler, yan ətəklər, xüsusi dekor, üzərinə Subaru BRZ Touge və yapon dilində "dağ keçidi" yazımış qapı kandarları və Supersprint idman buraxılış sisteminin çıxış boruları daxil olan STI aerodinamik elementlərinin dəstini alıb.
Mühərrikin modifikasiya edilməsindən söhbət gedə bilməz. BRZ Touge modelinin qiyməti 49 500 avro təşkil edəcək ki, bu da baza versiyasından bahadır, lakin məhdud seriyadan olan avtomobil üçün çox deyil - İtaliya bazarı üçün cəmi 60 kupe buraxılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.