Avropada yeni altıncı nəsil Outback yalnız keçən il satışa çıxıb. Əslində isə, bu krossover üç il əvvəl ABŞ-da debüt edib. Legacy və Outback modelləri üçün ABŞ bazar çoxdan vacib bazarlardan biridir və bu cütlük İndianadakı zavodda istehsal olunur. Bu gün qapılarını açan Nyu-York avtosalonunda Subaru yenilənmiş Outback universalını təqdim edib.
Avropada yeni altıncı nəsil Outback yalnız keçən il satışa çıxıb. Əslində isə, bu krossover üç il əvvəl ABŞ-da debüt edib. Legacy və Outback modelləri üçün ABŞ bazar çoxdan vacib bazarlardan biridir və bu cütlük İndianadakı zavodda istehsal olunur. Bu gün qapılarını açan Nyu-York avtosalonunda Subaru yenilənmiş Outback universalını təqdim edib.
Ön tərəfin dizaynı dəyişdirilib: burada yeni fənərlər və duman əleyhinə işıqlar peyda olub, radiator barmaqlığı böyüdülüb, yeni ön bamperin kənarlarında qara “dişlər” var. Belə Outback kross-universalını restaylinqdən əvvəlki avtomobillə qarışdırmaq mümkün deyil. Təkər tağlarındakı qara örtmələr daha iri olublar: indi onlar yapon istehsalı olan avtomobillərdə olduğu kimidir. Bununla belə, arxa hissədə yalnız bamperdəki əlavələrin forması dəyişdirilib. Subaru Outback Wilderness versiyası cəmi bir il bundan əvvəl debüt edib və hələlik köhnə dizayn ilə təklif edilir.
İlk baxışdan, salonda ümumiyyətlə heç nə dəyişməyib. Bununla belə, media sistemi indi Apple CarPlay və Android Auto tətbiqlərini simsiz olaraq dəstəkləyir. Opsiyalar arasında yuxarıdakı arxa görüntü kamerasından alınan təsvirlərin ötürüldüyü ekran quraşdırılmış salon güzgüsü var.
Ən əhəmiyyətli yenilik təkmilləşdirilmiş EyeSight sistemidir: ön şüşənin altındakı stereo kameraların baxış bucağı yenidən artırılıb, proqram təminatı təkmilləşdirilib. Touring top versiyasında isə, yeni nəsil EyeSight sistemi debüt edib - mövcud olan iki obyektivə mərkəzdə quraşdırılmış üçüncüsü əlavə edilib. Şirkət bu monokameranın velosipedçi və piyadaları daha tez aşkarladığını iddia edir. Outback, yavaşlamağa daha yeyin və daha intensiv şəkildə başlamağa imkan verən elektrik elektrik əyləc gücləndiricisini əldə edib. Nəhayət, sürücüyə 80 km/saat həddinə qədər sürətlərdə maneələrdən qaçmağa kömək edən Automatic Emergency Steering sistemi peyda olub.
Mühərrik çeşidi dəyişməyib. Subaru Outback Amerikada 2,5 (185 at qüvvəsi) atmosfer və ya 2,4-litrlik (264 at qüvvəsi) “turbodördlük” ilə təklif olunur. Hər iki mühərrik variator və tam ötürmə sistemi ilə təchiz edilir. Yenilənmiş Outback kross-universallarının ABŞ-dakı satışlarına payızda başlanacaqdır. O zamana qədər qohum Subaru Legacy sedanı da yenilənəcəkdir. Bununla belə, modernləşdirmə yapon istehsalı olan avtomobillərə tezliklə təsir göstərməyəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.