Subaru şirkəti yenilənmiş Forester modelini təqdim etmişdir. Yapon şirkəti yalnız Böyük Britaniya bazarı üçün nəzərdə tutulmuş avtomobili nümayiş etdirmişdir. Bu modelin «Dumanlı Albiondakı»ı satışlarına aprel ayında başlanmalıdır. Restaylinq keçmiş krossover tamamilə yeni ön hissəyə malikdir. Yenilənmiş avtomobil yeni ön fənərləri, radiator barmaqlığı və ön bamperi ilə seçilir. Subaru Forester'in arxa hissəsində isə, işıq diodlarından hazırlanmış yeni fənərləri görmək olar. Forester modelinin interyerinin dizaynında ciddi dəyişiklik olmamışdır. Yeniliklər tətbiq edilən materiallardadır. İndi interyerin tərtibatında yeni dekorativ işləmələrdən və tünd-qəhvəyi dəridən istifadə edilir.
Bundan başqa, Foresterin səs izolyasiyası yaxşılaşmışdır ki, bu da daha qalın şüşələrin, yeni qapı rezinlərinin və mərkəzi konsolun alın şüşəsi ilə birləşdiyi yerin əlavə izolyasiyasının tətbiqi nəticəsində mümkün olmuşdur.
Subaru Forester həmçinin, yeni sükan reduktoru də dönən fənərlər əldə etmişdir. Avtomobilin mühərrik qamması dəyişilməz qalmışdır. Böyük Britaniya bazarında Forester 150 və 241 at qüvvəsi gücü olan benzin və 147 at qüvvəli dizel güc aqreqatları ilə təklif edilir.
Ən güclü mühərrik variatorla, digər mühərriklər isə, həm də altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışa bilər. Azərbaycan bazarında Subaru Forester 150, 171 və 241 at qüvvəli mühərriklərlə və alternativsiz Lineatronic CVT variatoru ilə təklif edilir.