Gələn ilin 11 yanvar tarixində Tokioda keçiriləcək avtosalonda Subaru şirkəti iki konsept nümayiş etdirəcəkdir. Seriya avtomobillərinin bazasında inşa edilən konseptlər gələcək STI modellərinin carçısı olacaqdırlar.
Avtosalonda Impreza hetçbeki və Forester krossoverinin Subaru Tecnica International bölümü tərəfindən hazırlanmış variantları göstəriləcəkdirlər. Qeyd etmək lazımdır ki, STI mütəxəssisləri avtomobillərin eksteryeri üzərində işləyərək, onların texniki hissəsinə, demək olar ki, toxunmayıblar.
Konseptual Subaru Forester STI modeli altıporşenli Brembo əyləclərinə, idman asqısına, 19 düymlük təkər disklərinə, aerodinamik elementlərə, həmçinin eksteryerin və interyerin yaşıl haşiyələrinə sahib olub. Konsept hibrid aqreqatlı Forester modelinin bazasında hazırlanıbdır. Krossover 145 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki və 14 at qüvvəli elektromotor ilə hərəkətə gəlir.
Subaru Impreza STI konseptinin təkmilləşdirmələri bundan da azdır. Avtomobilin damı və güzgü gövdərələri qara rəngə boyanmış, bamper və kandarlar yeni dekor elementlərinə sahib olublar. Salonda isə, oturacaq və qapı panellərinin yeni tərtibat variantı tətbiq edilibdir. Bundan başqa, Subaru Impreza STI 10-milli təkər disklərinə və bamperin mərkəzində yerləşdirilmiş çıxış boruları olan səsboğucu sistemə sahib olubdur. Konsept 156 at qüvvəsi hasil edən 2,0-litrlik atmosfer mühərriki ilə hərəkətə gəlir.
Yaxın zamanlarda yaponoyalı alıcılara bu konseptlərin seriya variantları təklif ediləcəkdir. Xatırladaq ki, əvvəlki nəsil modellərin bənzər variantları Yaponiyada mövcud idi.