Subaru şirkəti Tokyo avtosalonunda elektrik hiperkarını təqdim edib. Hiperkar avtoidmanda elektromobil texnologiyalarının inkişafına yönəldilmiş layihə çərçivəsində iki il müddətində hazırlanıb. Kupe STI E-RA adlandırılıb və Electric-Record Attempt kimi açıqlanır. Elektrokar yalnız trek üçün nəzərdə tutulub və yaradıcılarının bildirdiyinə görə, Nürburqrinq trekini 6 dəqiqə 40 saniyəyə qət edə bilər. Bu, yaxşı nəticə sayılsa da, ən yeyin olanı deyil.

Hiperkar sıfırdan hazırlanıb və onun üzərindəki çalışmalar hələ də davam edir: məsələn, ikiyerli kabin hələ də hazır deyil. Avtomobilin uzunluğunun beş metrdən çox, eninin iki metr, hündürlüyünün 1,31 metr, təkər bazasının isə 2,69 metr olduğu məlumdur. E-RA hərəkətə dörd Yamaha elektromotoru (hər təkərdə biri) olan elektrik güc qurğusu hərəkətə gətirir. Güc qurğusunun ümumi hasilatı 1088 at qüvvəsi təşkil edir. Mühərriklər 60 kilovat-saatlıq batareyadan qidalanırlar.

Subaru şirkətihiperkarın dinamik xarakteristikalarını açıqlamayıb və yalnız Nürburqrinq trekindəki dövrənin keçilməsi zamanını göstərib: ER-A 20,8 kilometrlik treki 6 dəqiqə 40 saniyəyə qəət etmlidir. Bu, Manthey Performance dəsti ilə təchiz edilmiş Porsche 911 GT2 RS modelinin göstəricisindən (6:38,835) yavaşdır. Rekord cəhdi 2023-cü ildə baş tutmalıdır.  Müqayisə üçün, başqa elektrokar Volkswagen ID.R hiperkarının zamanı 6 dəqiqə 5,336 saniyə təşkil edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.