Artıq bildirdiyimiz kimi, Subaru şirkəti 12 yanvar tarixində işinə başlayacaq Tokyo avtosalonuna VIZIV Performance konseptual sedanının karbondan kuyzov elementləri olan STI variantını gətirəcəkdir. Dünən xüsusi keçrilimiş tədbirdə Subaru şirkəti VIZIV Performance STI konseptini kütlə qarşısında nümayiş etdirilib.
stehsalçı VIZIV Performance STI konsepti haqqında heç bir məlumat verməyib. Subaru şirkəti konseptin tizerini dərc etməklə və onun “brendin müştərilərə həzz və sakitlik bəxş edəcək avtomobillərin yaradılması sahəsindəki görüşünü” əks etdirdiyini bildirib.
Subaru markasının stendində həmçinin Levorg universalı və STI Performance dəsti olan BRZ kupesi nümayiş etdiriləcəkdir. Onlarla birlikdə istehsalçı “Nürbuqrinqin 24 saatı” sutkalıq marafonu və Super GT yapon yarış seriyası üçün hazırladığı avtomobilləri göstərəcəkdir.