“Bərkgedən” Subaru WRX sedanının yeni nəsli ötən ilin payızında debüt edib. Bəzi bazarlarda isə onun universal (Levorg modelinin bir növü) versiyası da peyda olub. Lakin, təəssüflər olsun ki, bu modelin ən ekstremal versiyası sayılan WRX STI modifikasiyası təklif edilməyəcəkdir.

Subaru WRX STI Final Edition

Subaru şirkəti rəsmi olaraq WRX sedanının bazasında inşa edilən daxili yanma mühərrikli WRX STI modelinin buraxılmayacağını bəyan edib. Əvvəlki nəsil Subaru WRX STI modelinin istehsalı artıq başa çatıb. STI emblemi yalnız kiçik təkmilləşdirmələri nəzərdə tutan STI Sport idman dəsti olan avtomobillərdə qalır.

Məlum məsələdir ki, bu avtomobil həvəskarları üçün böyük itkidir. Əslində bu WRX STI modelinin öz foprmatını dəyişəcəyindən xəbər verir. Belə modelin hibrid olacağı haqqında şayiələr artıq çoxdan dolaşır. 

Subaru WRX STI Final Edition

Subaru şirkəti WRX STI modelinin gələcək inkişafı üçün müxtəlif yolları araşdırdığını bildirib. Buna elektrikləşdirmədə daxildir. Təəssüflər olsun ki, daha dəqiq məlumat verilməyib. Çox güman ki, müəyyən fasilədən sonra Subaru elektromobillərinin STI versiyası peyda ola bilər. Hələlik yapon istehsalçısının model çeşidində yalnız Solterra elektrik krossoveri var, lakin gələcəkdə elektromobillərin sayı artmalıdır. Xatırladaq ki, bir müddət bundan əvvəl, Tokyo avtosalonunda Subaru WRX E-RA elektrik hiperkarı nümayiş etdirilmişdi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.