Subaru WRX STI sedanı Men adasında avtomobillər arasındakı yarışda yeni rekorda imza atmışdır. Bu zaman avtomobilin sükanı arxasında Böyük Britaniyanın ralli üzrə üçqat çempionu və Ceyms Bond haqqında filmlərin kaskadyoru olan Mark Higgins olmuşdur. Bu dəfə pilot marşrutu özünün əvvəlki rekordundan iki dəqiqə yeyin qət etmişdir. Higgins 60 kilometrlik trassanı qət etməyə 17 dəqiqə 49,75 saniyə vaxt sərf etmişdir. Onun ortalama sürəti 204,3 kilometr-saat təşkil etmişdir.

Bu yürüyüşün tam videosu hələlik dərc edilməmişdir. Trassanın mütləq rekordu elə həmin gün Maykl Danlop tərəfindən BMW S1000 RR motosiklində qeydə alınmışdır. Bayker həmin məsafəni 16 dəqiqə 58,254 saniyəyə qət etmişdir. Higginsin avtomobili məşhur ralli avtomobillərinin yaradıcısı olan Prodrive şirkətinin mühəndisləri ilə birlikdə hazırlanmışdır.

Subaru WRX STI avtomobili ralli mühərriklərinin komponentlərini almış təkmilləşdirilmiş 2,0-litrlik oppozit turbomühərriki ilə təchiz edilmişdir.

Onun gücü 600 at qüvvəsi, «qırmızı zonası» isə 8500 dövr/dəqiqə təşkil edir.

Bundan başqa, sedan ötürmə nisbətləri maksimal sürətə köklənmiş ralli avtomobilinin sürətlər qutusunu, yeni kuzov dəsti və salondakı düymə vasitəsi ilə aktivləşdirilən ön müqaviməti azaldan sistemin (DRS) hesabına təkmilləşdirilmiş aerodinamikanı, yenilənmiş asqını və Britaniya turinq çempionatında istifadə edilən Dunlop Sport Maxx sliklərini əldə etmişdir. Avtomobilin çəkisi maksimum dərəcədə azaldılmışdır.

Bundan əvvəlki rekord Higgins tərəfindən 2014-cü ildə qeydə alınmışdır. O zaman, adi yol təkərləri ilə təchiz edilmiş standart Subaru WRX STI avtomobili bu məsahəni 19 dəqiqə 37 saniyəyə qət etmişdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt