Subaru şirkəti WRX və BRZ modellərinin yubileyləri münasibətilə iki xüsusi versiya hazırlayıb. 2027-ci model ilinə aid WRX GD25 və BRZ ZC15 adlanan avtomobillər fərqli tərtibatı və təkmilləşdirilmiş texniki elementləri ilə seçilir. Hər iki model yalnız mexaniki ötürmələr qutusu ilə təklif olunacaq.
WRX GD25 modelinin ABŞ bazarında təqdimatının 25 ili tamam olması şərəfinə hazırlanan versiyası 271 at güclü 2,4-litrlik turbomühərriklə təchiz edilib. Model xüsusi arxa spoyler, Brembo əyləcləri və təkmilləşdirilmiş asqı sistemi ilə fərqlənir. Onun istehsalı 350 ədədlə məhdudlaşdırılacaq.
BRZ ZC15 isə 15 illik yubileyə həsr olunub. 228 at güclü 2,4-litrlik mühərriklə təchiz edilən kupe bürünc diskləri, qırmızı əyləc supportları və xüsusi rəng tərtibatı ilə seçilir. Bu versiyadan cəmi 300 ədəd istehsal ediləcək.
Subaru BRZ ZC15-in satışlarına 2027-ci ilin əvvəlində, WRX GD25-in satışlarına isə həmin ilin yayında başlanacaq. Hər iki modelin qiyməti satış tarixinə yaxın açıqlanacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









