Subaru şirkətinin hələ də tamölçülü WRX STI modelini buraxmağa cəsarəti çatmır və bu modelin pərəstişkarlarına sayı bilinməyən növbəti “əvəzedici” təklif olunur. Sedan WRX STI S210 adını və gücü 300 at qüvvəsinə qədər artırılmış 2,4-litrlik oppozit turbomühərrikini alıb. Mühərrikin idarəetmə bloku yenidən sazlanıb, qəbuledici sistemi optimallaşdırılıb və həmçinin aqreqat aşağı əkstəzyiqli buraxılış magistralı ilə təchiz edilib.
Ötürmələr qutusu WRX S4 (Yaponiyada qlobal WRX modelinin satıldığı ad) modeli ilə eynidir - Subaru Performance Transmission CVT. Lakin S210 modelindəki qutunun özünəməxsus tənizmləmələri və təkmilləşdirilmiş soyutması var.
Təfərrüatlara diqqət yetirməsək, STI S210 sedanı STI Sport# modelinə çox bənzədiyini görmək mümkündür. Həm burada, həm də orada ön dayaqları birləşdirən elastik bənd, əlavə tənzimlənən dartqılar, həmçinin ehtiyat təkərinin altlığında və baqajındakı vibrasiyanı boğan material var. 19-düymlük BBS disklərinə Michelin Pilot Sport 4S şinləri taxılıb.
Bundan əlavə, S210 arxa stabilizatorun daha sərt vtulkalarını, öndə altıporşenli monoblok supportları olan Brembo əyləclərini, yenidən tənizmlənmiş adaptiv asqını və hərəkət rejiminin selektorunu əldə edib. Salonda karbonplastikdən söykənəcəkləri olan Recaro oturacaqları var. Tərtibatda nappa dərisi, Brin Naub zamşası və süni dəridən istifadə olunub.
Zahiri cəhətdən WRX STI S210 modelini ADAC Ravenol 24h Nürburqrinq marafonunda iştirak edən Subaru yarış avtomobillərindən götürülmüş aerodinamik elementlər sayəsində tanımaq mümkündür. Buraya həmçinin kuzovun yan tərəflərinin örtmələri və karbonplastikdən spoyler daxildir.
Sedan 500 nüsxəlik məhdud sayda tirajla buraxılacaq. Çox güman ki, onlar bu günə qədər məhdud sayda buraxılmış Subaru modelləri kimi satılacaqlar. Adətən avtomobili almaq hüququ lotereyada oynanılır, lakin başqa variantlar da ola bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.