Crawford Performance atelyesi Subaru XV krossoveri üçün xüsusi tüninq dəsti hazırlayıb. Tüninq dəstinin müəlliflərinin ilham mənbəyi, Baja rally-reydində çıxış edən Subaru Desert Racer ralli baqqisi olub.
Tünerlər krossoverin klirensini 22 santimetrdən 27 santimetrə qədər artırıblar və XV modelini Subaru ralli avtomobilləri üçün ənənəvi olan mavi-qızılı rəngli livreyaya boyayıblar. Bundan başqa, ön bamperə əlavə işıqlandırma qurğusu quraşdıraraq, altlığın müdafiəsini gücləndiriblər. Əlavə olaraq, krossover hündür profilli Method yolsuzluq şinləri ilə təchiz edilib.
Avtomobilin ön və arxa hissənini qaldıran dəstin qiyməti 550 dollardır. Tüner hələlik 10 dəstin hazır olduğunu bildirib. Mühərrikin altlığının alüminium müdafiəsi isə 160 dollara qiymətləndirilib. Bundan başqa, şinlər və kandarları qoruyan polad qövslər üçün də ayrıca ödəniş etmək gərək olacaqdır.
Crosstrek Desert Racer baqqisi 2019-cu ilin mayında təqdim edilib. O zaman, Subaru şirkətinin amerikan bölməsi Baja 500 ralli-reydində iştirak edən Grabowski Brothers Racing komandasına sponsorluq edib. Xatırladaq ki, Subaru XV krossoveri ABŞ bazarında Crosstrek adı altında satılır – bu da, seriya krossoveri ilə baqqi arasındakı yeganə ümumi cəhətdir.
Crawford Performance atelyesi Crosstrek Desert Racer layihəsində birbaşa iştirak edib. Atelyenin məqsədlərindən biri baqqinin təchiz edildiyi 304 at qüvvəli 2,5-litrlik atmosfer oppozit mühərrikinin imkanlarını nümayiş etdirmək olub.