Subaru XV krossoveri nəsil dəyişdirib və bundan sonra bütün bazarlarda Crosstrek adlanacaqdır. Onun görünüşü brendin yeni korporativ üslubuna uyğunlaşdırılıb. Yeni krossover daha sərt şassiyə malik olub ki, bu da onun reaksiya kəskinliyinə müsbət təsir göstərib. Yeni funksiyalar da peyda olub: bunlara misal kimi, döngələri işıqlandıran LED fənərləri, yeni stereokamerası və opsional genişbucaqlı obyektivi olan növbəti nəsil EyeSight sistemini göstəmək olar.
Baş vermiş ən mühüm dəyişiklik XV abbreviaturasından imtina olub. Yeni nəsildən başlayaraq krossover hər yerdə Crosstrek adlandırılacaqdır. Xatırladaq ki, əvvəllər Subaru bu addan yalnız ABŞ və Kanadada istifadə edirdi. Modelin əsasını qismən Levorg və WRX S4 ilə unifikasiya edilmiş modernləşdirilmiş SGP (Subaru Global Platform) arxitekturası təşkil edir. Bu platformada daha çox struktur yapışqanlarından istifadə olunur, asqı birləşmələrinin sərtliyi artırılıb, dam panelini köndələn tirlərə bərkitmək üçün yeni vibrasiya azaldıcı mastikadan istifadə edilir.
Crosstrek həmçinin sükanın ikivallı elektrik gücləndiricisi ilə təchiz edilib ki, burada da birinci dişli cütlük fırlanma gücünü birbaşa sürücüdən, digəri isə reykada quraşdırılmış elektrik mühərrikindən ötürür. Oturacaqların forması yenidən işlənıb və indi sürüşmə mexanizmləri ara dayaqları olmadan birbaşa korpusa bərkidilir. Belə həll bərkitməni daha möhkəm etməyə və vibrasiyaları daha yaxşı söndürməyə imkan verir. Bundan əlavə, elektrik əyləc gücləndiricisi və 2,0-litrlik atmosfer mühərriki, variator və elektrik mühərrikindən ibarət olan yeganə e-Boxer güc qurğusu bəyan edilib.
İnteryer demək olar ki, WRX və Levorg modelləri ilə eynidir. Ön paneldə multimedia sisteminin diaqonalı 11,6 düym olan şaquli displeyi var. Qapıların erqonomikası təkmilləşdirilib, üzlük variantları kimi parça, polyester və dəri təklif olunur. Model üçün döngəni işıqlandıran LED fənərlər (Subaru modelində ilk dəfə), habelə yeni stereokamerası, genişbucaqlı əlavə mono obyektivi və tamölçülü dairəvi müşahidə bucağı olan növbəti nəsil EyeSight sistemi təklif edilir.
İlkin olaraq, yeni Crosstrek Yaponiya bazarında satışa çıxacaqdır. Hətta doğma vətənində belə krossover 2023-cü ildən sonra satılmağa başlayacaqdır. Bundan sonra növbə digər ölkələrə çatmalıdır. Krossoverin satış qiyməti açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.