Subaru yerli bazar üçün yeni krossoveri hazırladığını elan edib. Söhbət müstəqil modeldən deyil, Levorg universalının başqa bir versiyasından gedir. Onun kross versiyası Levorg Layback adlanacaq (laid back - “rahatlamış”, “sərbəst”) və onun üzərindəki sirr pərdəsi payızda götürüləcək. Kross versiya adi Levorq modelindən kuzovun ön hissəsinin başqa dizaynı, rənglənməmiş plastikdən hazırlanmış kuzov dəsti və interyer dekoru ilə fərqlənəcək.

Yeni versiyanın klirensi artırıla da bilər. Tam ötürməyə gəlincə, qeyd etmək gərəkdir ki, belə sistemi adi Levorg universalında da var. Güc qurğularına gəlincə, seçim elə də böyük olmayacaq: 1,8-litrlik oppozit turbomühərriki (177 at qüvvəsi) və ya STI Sport R modelindən götürülmüş 2,4-litrlik “turbodördlük” (275 at qüvvəsi, 375 Nm).

Hər iki aqreqat da variatorla tandemdə çalışır: 1,8-litrlik mühərrik üçün Lineartronic, 2,4-litrlik aqreqat üçün isə, Sport Lineartronic nəzərdə tutulub. Bundan əlavə, STI nişanlı versiyalarda ZF şirkətinin elektron idarələnən amortizatorları və hərəkət rejimlərinin selektoru var.

Image alt Image alt Image alt Image alt

Levorg Layback üçün ilkin sifarişlərin qəbuluna bu ilin sentyabr ayının 7-də başlanacaq, lakin qiymətlər hələ açıqlanmayıb. Adi u niversalın 3 milyon 102 min yendən başlayır ki, bu da  37 min manata bərabərdir. Levorg STI Sport R idman universalı isə, 4,444,000 yen və ya 53 min manat dəyərində qiymətləndirilir. Görünən odur ki, kross versiya haradasa bu qiymət aralığında yerləşəcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.