Nyu Yorkda keçirilən avtosalonda Subaru şirkəti altınıc nəsil Outback universalını təqdim edib. Yeni Subaru Outback cari Forester modeli kimi Subaru Global Platform (SGP) modul platformasında inşa edilib.
Yeni modelin konstruksiyasında yüksəkmöhkəmlikli poladdan geniş istifadə edilib. Bunun sayəsində kuzovun və ön asqının sərtliyini 70%, arxa ramaltının və burulmaya qarşı sərtliyi 100% artırılıb. Bundan başqa, yeni konstruksiya öndən zərbə zamanı enerijini 40% daha çox udaraq qəza zamanı sərnişinlərin təhlükəsizliyini yaxşılaşdırıb. Modelin standart təchizatına Eyesight təhlükəsizlik kompleksi daxil edilib.
Yeni Subaru Outback modelinin asqısı yenidən işlənmiş və səs izolyasiyası yaxşılaşdırılmışdır. Bunun nəticəsində magistral sürətlərində səs-key səviyyəsi üç desibel azalıbdır. Baqaj qapısı dah böyük bucağa açılır, təchizat siyahısında isə onun toxunmadan açılması sistemi peyda olubdur. Yük bölümünün həcmi 2100 litrə bərabər olub. ABŞ-da satılacaq avtomobillər 221 millimetrlik klirensə malik olacaqlar.
Salonda baş vermiş ən nəzərə çarpan dəyişiklik multimedia sisteminin 11,6-düymlük şaquli “planşetidir”. Bu displey vasitəsi ilə musiqi, iqlım sistemini və avtomobilin bütün tənzimləmələrini idarə etmək mümkündür.
Yeni Subaru Outback modelinin mühərrik çeşidinə iki mühərrik daxildir. Bunlardan birincisi, 184 at qüvvəli 2,5-litrlik birbaşa çiləməli atmosfer mühərrikidir. Digər aqreqat isə, 264 at qüvvəsi və 376 Nm fırlanma anı hasil edən 2,4-litrlik turbomühərrikdir. Güc aqreqatları səkkiz pilləli qutunu təqlid edən variator və tam çəkiş sistemi ilə tandemdə çalışır.
Outback modelinin təchizatına dönən LED-fənərlər, zolaqda saxlama funksiyası, Wi-Fi nöqtəsi, 12 dinamikli Harman Kardon səsə sistemi, oturacaqların havalandırması və 180 dərəcəlik müşahidə bucağı olan ön görüntü kamerası daxildir.