Wheelsandmore tüninq atelyesi Mercedes-AMG C63 universalının tüninq proqramını təklif etmişdir. Tüninq ustaları ilk növbədə «qaynar» universalın mühərrikinə müdaxilə edərək, onun gücünü 479 at qüvvəsindən 620 at qüvvəsinə qədər artıqrmışdırlar. İki turbokompressorlu 4,0-litrlik V8 mühərrikinin fırlanma anı 650 Nm-dən 820 Nm-ə yüksəldilmişdir. Atelye mütəxəssislərinin köməyinə yeni və daha məhsuldar turbokompressorlar gəlmişdirlər. «Startrack 6.8» adını almış «bərkgedən» universal 100 km/saat həddini 3,6 saniyəyə toplayır. Onun maksimal sürəti isə 300 km/saata bərabərdir.
Təbii haldır ki, gücü və dinamik xüsusiyyətləri ciddi şəkildə artmış universalın asqı və əyləc aiatemləri də bu tələblərə uyğun təkmilləşdirilmişdir. «Qaynar» universal qırmızı rəngli supportları və havalandırmalı əyləc diskləri olan güclü əyləc mexanizmləri ilə təchiz edilmişdir. Universalın asqı sistemi də daha idman xarakterli yaylar və amortizatorlarla təchiz edilmişdir.
Bununla bərabər, Wheelsandmore mütəxəssisləri adətən avtomobilin eksteryerinə və interyerinə toxunmamağa üstünlük verirlər ki, bu da universalın çılğın təbiətini gizlətmiş olur.
Avtomobilin zahiri görkəmində yeganə dəyişən element onun təkər diskləridir - bunu etməyə vadar edən başlıca amil atelyanin adıdır.