T Sportline tüninq atelyesi Project Superman layihəsini təqdim edib. Tüner Tesla Model S elektrokarı Depp Blue Metallic rənginə boyayaraq onun salonunu yenidən tərtib edib. 21-düymlük təkər diskləri ilə təchiz edilmiş “superqəhraman” avtomobili karbondan hazırlanmış arxa spoylerə və “Superman” loqotipini yerə proyeksiya edilməsinə sahib olub.
Avtomobilin salonu qırmızı rəngli Bentley Red dərisi ilə örtülüb. İnteryer tərtibatının seçilən cəhətləri oturacaqların orta hissəsinə çəkilmiş dəlikli dəri, tikişləri olan qapı panelləri, mavi zamşa ilə örtülmüş ön panel və həmin zamşadan hazırlanmış sükan çarxındakı əlavələrdir. Oturacaq başlıqlarında və ayaqaltılarda “Supermenin” loqotipləri tikilibdir.
Project Superman tamçəkişli Model S P100D modelinin bazasında inşa edilibdir. Elektrokar 773 at qüvvəsi və 967 Nm fırlanma anı hasil edən iki elektromotorla təchiz edilir. Elektrokar 100 km/saat həddinə2,6 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saatdır.