Cielo italyanca “səma” deməkdir. Belə bir romantik ad orta mühərrikli Maserati MC20 superkarının açıq versiyasına verilib. Üstəlik, sərnişinlər damı açmadan da başları üzərindəki səmaya tamaşa edə biləcəklər.

Maserati Cielo modelinin sərt damı elektroxrom şüşədən hazırlanıb və onun şəffaflığı Maserati Intelligent Assistant (MIA) mediasisteminin menyusundakı funksiya vasitəsi ilə dəyişdirilə bilər. Odur ki, şüşənin tam şəffaf rejimində “açıq səma” hissi bağlı dam ilə də təmin edilir.

Servoötürməyə malik olan damın açılıb-bağlanmasına 12 saniyə gərəkdir. Rodster sürücü və sərnişinin başlarının arxasında yerləşən və iki “donqarı” olan orijinal arxa hava yönləndiricisinə, habelə bu “donqarların” arasından şaquli istiqamətdə yuxarı qalxan ayrıca arxa şüşəyə malikdir. Kupe ilə rodster versiyalarının arasındakı fərqlər burada bitir.

Maserati MC20 Cielo rodsterinin əsasını, kupedə olduğu kimi, karbonplastik monokok təşkil edir - o, sərt “vanna” formasındadır və qurşaqdan yuxarıdakı güc elementlərindən məhrum edilib. Buna görə də, mühəndislər rodsterin kuzovunu əlavə dartmalarla gücləndiriblər. “Kəpənək qanadı” qapılarının konstruksiyası da qorunub saxlanılıb. Nəticədə, rodster kupedən 65 kiloqram ağır alınıb.

Texniki cəhətdən hər iki modifikasiya eynidir. Maserati MC20 modeli 630 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən, Nettuno seriyasından olan 3,0-litrlik V6 biturbo mühərriki ilə təchiz edilir. Güc qurğusu ikimuftalı səkkiz pilləli “robot” ilə tandemdə çalışır.

Superkar özükilidlənən diferensialı olan arxa ötürməyə malikdir. Rodsterin maksimal sürəti 320 km/saatdır ki, bu da kupe versiyasında olduğundan 5 km/saat azdır. Maserati MC20 Cielo modelinin 100 km/saat həddinə sürətlənmə zamanı hələlik açıqlanmayıb. Kupe bu tapşırığı 2,9 saniyəyə yerinə yetirir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İlkin olaraq satışa Prima Serie Launch Edition rodsterləri çıxacaqlar. Onların xüsusiyyətləri Acquamarina rənginə boyanmış kuzov, açıq rəngli dəri ilə üzlənmiş və qızılı dekor ilə bəzədilmiş interyerdir. Əlavə ödəniş müqabilində superkarı 12 dinamikli High Premium Sonus Faber səs sistemi ilə də təchiz etmək olar.

Salamlama seriyası 60 nüsxədən ibarət olacaqdır. Lakin Maserati MC20 ailəsinin formalaşması bitməyib: Cielo rodsterinin ardınca elektrik versiyası debüt etməlidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.