Hollandiyanın lüks avtomobil satıcısı Classic Youngtimers Consultancy firması, Wraith kupesinin əsasında yaradılmış üçqapılı Rolls-Royce Silver Specter Shooting Brake universalını satışa çıxarıb. Şirkət unikal avtomobilin qiymətini yalnız sorğuya əsasən təqdim etməyə hazırdır.
Rolls-Royce Silver SpectreShooting Brake universalının dizaynı Londonda yerləşən Niels van Roij Design studiyası tərəfindən hazırlanıb. Avtomobilin inşası ilə Carat Duchatelet kuzov atelyesi məşğul olub. Müəlliflərinin sözlərinə görə, yeni model 1930-cu illərin klassik ingilis avtomobillərinin üslubunda dizayna və ən müasir texnologiyalara malikdir.
Satışa çıxarılan şutinq-breyk, yeddi nüsxə ilə məhdudlaşdırılmış seriyadan olan ilk avtomobildir. Silver Specter modelinin ikirəngli kuzovu qismən karbon lifindən hazırlanıb. Xüsusilə də, rəvan şəkildə baqaj qapısına keçən uzadılmış dam kompozit materialdan düzəldilib.
Eksklüziv tərtibat interyerə də davam edir. İnteryerin əsas xüsusiyyəti, fiber-optik işıqdiodlarından hazırlanmış tavandakı ulduzlu səmadır. Yaradanlarının fikrincə, "ulduzların" parlaqlığı tavanın axırına yaxınlaşdıqca solacaqdır ki, bununla da sonsuz səmanın xəyalı yaradılacaqdır. Bundan əlavə, avtomobilin oturacaqları, qapı kartları, həmçinin ön panel və baqaj bölməsi də üçrəngli orijinal dəri ilə örtülür.
Şutinq-breykin kapotunun altında 700 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,6-litrlik V12 biturbo mühərriki yerləşir. Ümumilikdə, holland atelyesi, hər biri fərdi dizaynı və müxtəlif aksesuarları ilə fərqlənəcək yeddi eksklüziv avtomobili yığacaqdır. Modelin qiyməti yalnız sorğu əsasında təqdim edilir.
Classic Youngtimers Consultancy şirkətinin portfoliosunda özünəməxsus əsərlər mövcuddur. Məsələn, şirkət satışa üç qeyri-adi avtomobil çıxarıb: krossoverlərə çevrilmiş Bentley Continentl GT, Nissan GT-R və Lamborghini Gallardo.