Məşhur Clive Sutton firması Land Rover markasının lyuks xətti olan Range Rover üçün xüsusi təkmilləşdirmələr proqramını hazırlamışdır. Eksklyuziv yeniliklər Sutton Bespoke bölməsi tərəfindən hazırlanacaqdır.
Təkmilləşdirmələr dəstinə eksteryer və interyerin yeni tərtibatı, güc aqreqatlarının, buraxılış sistemlərinin modernləşdirilməsi və yeni təkər disklərinin quraşdırılması daxildir. Bununla belə, firmanın nümayəndələri bu işlərin neçəyə başa gələcəyi barədə heç bir məlumat verməmişdirlər. Onlar yaxın zamanlarda qiymət siyahısını təqdim etməyə söz vermişdirlər. Buna baxmayaraq, maraqlı olan şəxslər müxtəlif təkmilləşdirmələr dəstlərinə öncədən sifarişi rəsmiləşdirə bilərlər.
Sutton tərəfindən təklif edilən yenilənmələr siyahısına modifikasiya edilmiş bamperlər, yan güzgülərin gövdələri və eksklyuziv zahiri tərtibat (unikal çaları olan rənglənmə və karbon işləmələr) daxildir.
Bundan başqa, xüsusi geniş aerodinamik kuzov dəstini, yüksək məhsuldarlıqlı əyləc sistemini və idman buraxılış sistemini sifariş etmək mümkün olacaqdır. Eyni zamanda, 22 düymlük unikal təkər diskləri dəstləri də təklif ediləcəkdirlər. Bu diskləri qara, qrafit və gümüşü rənglər də saxil olmaqla müxtəlif rəng sxemlrində sifariş etmək mümkündür.
Güc aqreqatlarının təkmilləşdirilməsi barədə firmadan ətraflı məlumat verilməmişdir. İnteryerin tərtibatında isə, salonun eksklyuziv işlənməsi təklif ediləcəkdir. Salon iki rəngli yüksək kefiyyətli dəri ilə üzlənəcək və Sutton emblemləri ilə bəzədiləcəkdir. Bu loqotiplər Range Rover sahibinə eksklyuziv avtomobilə sahib olduğunu xatırladacaqdır.