Yenilənmiş Suzuki Swift hetçbeki Yaponiyada baharda debüt edib. Bu gün isə, yapon istehsalçısı avtomobilin Avropa bazarlnda satılacaq variantını təqdim edib. Avropa üçün nəzərdə tutulmuş hetçbeklər Yaponiyada istehsal olunsalar da, özünəməxsus xüsusiyyətlərə malikdirlər. Əlbəttə ki, söhbət eksteryerdəki fərqlərdən getmir: yenilənmiş hetçbek satış bazarında asılı olmayaraq, mərkəzdə xrom "çubğu" olan yeni radiator barmaqlığını və digər təkər disklərini əldə edib.
Suzuki Swift Sport
Bundan sonra, Avropada satılan bütün Swift hetçbekləri hibrid güc qurğusu ilə təchiz ediləcəkdirlər. Doğrudur, söhbət əvvəllər əlavə ödəniş ilə təklif olunan startyor-generatorla təchiz edilmiş ən “mülaym” hibridlərdən gedir.
Üstəlik, kütləvi şəkildə hibrid qurğusuna keçid səbəbi ilə, elektrik əlavə ilə uyğunlaşdırılamsı mümkün olmayan 1,0-litrlik üçsilindrli turbomühərrikdən imtina edilib.
Suzuki Swift
Baza aqreqatı sayılan 1,2-litrlik dördsilindrli atmosfer mühərriki yenilənib: mühərrik qarışıq püskürtməyə və girişdə elektrik fazadəyişdiricisinə sahib olub . Ancaq sərt Euro 6 ekoloji standartlarına uyğunlaşmaq üçün mühərrikiin hasilatı 90 at qüvvəsi və 120 Nm-dən 83 at qüvvəsi və 107 Nm-ə qədər azaldılıb.
Kəmər ötürməsi olan 12 voltluq startyor-generator əlavə 3 at qüvvəsi və 50 Nm fırlanma anı təmin edir. Dartma batareyasının tutumu 3 amper-saatdan 10 amper-saata qədər artırılmışdır.
Suzuki Swift
Elektrik əlavə yalnız yerindən tərpənən zaman və hərəkətin ilk saniyələrində kömək edir, lakin onun töhfəsi olduqca cüzidir: hetçbek 100 km/saat həddinə qədər sürətlənməyə 12,2 saniyə sərf edir.
Mexaniki trasnmissiya ilə təchiz edilən standart hetçbek bir qədər yeyindir, üstəlik mexaniki qutu ilə təchiz edilmiş modifikasiyanı, arxa oxu qoşma muftası olan tam ötürmə ilə sifariş etmək mümkündür.
Suzuki Swift
Suzuki Swift Sport modifikasiyası yenilənmədən öncə "mülayim" hibridə çevrilmişdi. Belə modifikasiya, sərnişin oturacağının altında yerləşdirilmiş inventora malik olan daha mürəkkəb 48 voltluq elektrik əlavəsi ilə təchiz olunur, kəmərli ötürməsi olan startyor-generator isə 14 at qüvvəsi və 53 Nm hasil edir.
Bununla birlikdə, 1.4-litrlik Boosterjet benzin turbomühərriki də yenilənib: əvvəllər 140 at qüvvəsi və 230 Nm təklif edən mühərrik, indi 129 at qüvvəsi və 235 Nm-ə malikdir. Nəticədə, mexaniki qutu ilə təchiz edilmiş daha ağır Swift Sport modeli 100 km/saat həddini 9.1 saniyəyə (+0,1 saniyə) toplayır. Maksimum sürət eynidir - 210 km/saat.
Suzuki Swift
Bundan əlavə, yenilənmiş Swift modelinin standart təchizatına adaptiv kruiz-kontrol, daha müasir media sistemi daxil edilib. Avtomobil üçün təklif edilən rəng palitrası da genişləndirilib. Yenilənmiş hetçbeklər Avropadakı dilerlərə sentyabr ayının sonunda çatdırlacaqlar.