Maruti Suzuki şirkəti Hindistanda beşqapılı Jimny modelini təqdim edib. Çərçivəli ofrouder həm yerli bazarda satılacaq, həm də Afrika və Latın Amerikasına ixrac ediləcəkdir. O, 105 at qüvvəsi və 134 Nm fırlanma anı hasil edən 1,5-litrlik atmosfer mühərriki və iki ötürmələr qutusu ilə təklif olunacaqdır:5-pilləli mexaniki və ya 4-pilləli avtomatik.

Beşqapılı Jimny modelinin uzunluğu 3983, eni – 1643, hündürlüyü isə 1720 millimetrdir. Ofrouderin klirensi 210 millimetr, giriş, çıxış və eniş bucaqları müvafiq olaraq 36, 50 və 24 dərəcədir.

Göründüyü kimi, beşqapılı versiyanın ölçüləri əsas üçqapılı versiyadan ciddi şəkildə fərqlənir. Belə ki, yeniliyin təkər bazası 340 millimetr genişdir. Müqayisə üçün: Yaponiyada satılan Jimny modelinin uzunluğu 3395 millimetr, qlobal ofrouderin isə, versiyadan asılı olaraq 3550-3645 millimetrdir.

“Hindistanlı” Jimny üçün doqquz düymlük displeyi olan multimedia, Android Auto və Apple CarPlay tətbiqlərinin simsiz dəstəklənməsi, həmçinin dörd dinamikli Arkamys səs sistemi bəyan edilib.

Altı təhlükəsizlik yastığı, sabitləşdirmə sistemi və ABS sərnişinlərin təhlükəsizliyinə cavabdehdir, üstəlik,  eniş köməkçisi də var. Ötürmə - 2WD-high rejimli qoşulan, 4WD-high və 4WD-low rejimləri olan qoşulan tam ötürmə sistemidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hindistanda beşqapılı avtomobilin satışına bu ilin mayında başlanacaqdır. Sonradan avtomobillər digər ölkələrə də ixrac ediləcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.