Deyəsən yapon istehsalçıları həqiqəti söyləməyi məcbur edən eliksiri qəbul ediblər. Mitsubishi Motors şirkətinin rəhbərliyinin ardınca Suzuki şirkətinin də rəsmiləri, Yapon hökumətini istehsal etdiyi avtomobillərin yanacaq sərfiyyatı barədə səhv məlumatlandırdıqlarını boyunlarına alıblar. Bu barədə məlumatı yapon istehsalçısının mətbuat xidməti yaymışdır. Suzuki şirkətində aparılmış daxili tədqiqat, 2010-cü ildən başlayaraq ölçmələr aparaılan avadanlığın dövlət tələblərinə uyğun olmadığını aşkar etmişdir.
Şirkət avtomobilləri nəqliyyat nazirliyinin tələb etdiyi kimi real şəraitdə deyil, aerodinamika borusunda və xüsusi stendlərdə sınaqdan keçirdiyini bildirmişdir. Bununla bərabər, Suzuki şirkətindən birdirildiyinə görə, onlar slnaqları dəniz kənarındakı təpəciklərdə yerləşən poliqonun xüsusiyyətləri səbəbindən tam başqa metodika ilə aparıbmışlar.
Bu yerlərdə hava daima dəyişkən olduğundan və güclü küləklər əsdiyindən sınaq prosesinə əngəllər yaranırmış. Yanacaq sərfiyyatı haqqında düzgün olmayan məlumatlar Alto, SX4, Jimny və Swift modelləri də daxil olmaqla 16 modeli əhatə etmişdir. Şirkətdən verilən məlumatda səhv sənədlərlə təchiz edilmiş 2,1 milyon avtomobil satıldığı bildirilmişdir.
Suzuki Alto
Suzki rəhbərliyi tədqiqatdan sonra tələb edilən standartlara uyğun sınaqların aparılmasına başlandığını bildirmişdir. Yeni metodika ilə aparılmış sınaqlar əvvəlki məlumatlarla müqayisədə ciddi fərqlərin olmadığını göstərmişdir. Bloomberg agentliyinin verdiyi məlumata görə, bu bəyənatdan sonra Suzuki şirkətinin səhmlərinin dəyəri 9,4 faiz itirmişdir.
Bu dəyərdən düşmə son yeddi ildə baş vermiş ilk haldır.