Tailandda keçirilən International Motor Expo sərgisində Suzuki şirkəti Swift Extreme Concept hetçbekini təqdim edib. Bu avtomobil məhdud saylı Swift GL Sports Edition versiyasının yerli bazarda təbliğ edilməsi üçün hazırlanıb.
Swift Extreme adi hetçbekdən tamamilə yeni ön hissəsi ilə seçilir. Burada kəsikləri olan yeni bamperi, radiator barmaqlığını və yalançı hava girişləri olan kapotu görmək olar. Kapotun bir hissəsi hətta ön işıq texnikasının üstünü də örtür. Bundan başqa, avtomobil parlaq rəngli təkər genişləndiicilərinə, baqaj qapağının üzərindəki iki spoylerə, səsboğucu sistemin iki çıxış borusuna və diffuzora oxçayan elementə sahib olub.
Konseptin təchiz edildiyi güc aqreqatı barədə məlumat verilməyib. Böyük ehtimalla, konsept 83 at qüvvəsi və 108 Nm fırlanma anı hasil edən 1,2-litrlik Dualjet mühərriki və variator ilə təchiz edilib. Bu mühərrik Tailand bazarında təklif edilən yeganə aqreqatdır.
Avropada hetçbek 140 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edən 1,4-litrlik Boosterje və mexaniki transmissiya ilə də təklif edilir.