Avstriyanın Kreisel şirkəti məşhur Hollivud aktyoru Arnold Şvartsenegger üçün, dünyada yegəna nüsxədə olan, Hummer H1 yolsuzluq elektromobilini hazırlayıb. Elektromobilin təqdimatı şirkətin yeni tədqiqatlar və işləmələr mərkəzinin açılışı zamanı keçirilib. Mərasində aktyor ilə birlikdə Avstriyanın kansleri Kristian Kern də iştirak edib.
Ofroderin inşa edilməsinə iki ay vaxt tələb olunub. Onu, ön və arxa öxlarda quraşdırılan və ümumi gücü 490 at qüvvəsi olan elektrik mühərrikləri ilə təchiz ediblər. Elektromotorlar 100 kilovat-saat tutumu olan batareyalar dəstindən qidalanır. Avtomobilin yürüş ehtiyatı 300 kilometrdir. Ekologiya dostu olan bu Hummer 3300 kiloqram çəkiyə malikdir.
Xatırladaq ki, bu ilin yanvarında avstriyalılar Şvartsenegger üçün elektrik mühərriki ilə hərəkətə gələn Mercedes-Benz G-Glass ofroderini hazırlamışdılar. Ofroder 490 at qüvvəli elektrik güc qurğusuna və 80 kilovat-saatlıq batareyalara malik idi. 100 km/saat sürətini ofroder 5,6 saniyəyə toplayırdı. Onun yürüş məsafəsi də 300 kilometr idi.