Qarderobdakı geyimlərdə baza rənglərə yer vermək daha məqdsədəuyğundur. Baza rənglər universal olduğu üçün digər rənglərlə ahəngdir. Sviterlərin rəngini də bu rənglərdən seçmək tövsiyyə olunur.
Bej və qəhvəyinin çalarları Old Money stil üçün uyğundur. Dəstin digər predmetləri də bu rənglərin çalarları olarsa, Old Money stili yaranır. Həm də, onlar baza rənglər olduğu üçün digər rənglərlə rahat uyğunlaşır.
Qara rəng həvəskarlarının sürməyi (tünd göy, lacivərt, ing. midnight blue) rəngə üstünlük vermələri məsləhətdir. Bu rəngə xalq arasında “milyoner rəngi” deyilir. O, qaranı əvəz edə bilir və bütün rənglərlə uyğunlaşır.
Digər universal rəng – bozun çalarlarıdır. Boz rəng sviterlər hər rəng geyimlə ahənglik yaradır.
Əlvan rəngli sviterlər monoxrom (saya rəng) yaxud pastel çalarında predmetlərə rəng qatır. O, diqqət cəlb edir və darıxdırıcı obrazı dəbə çevirir. Lakin, belə sviterlər ancaq kəjual obrazlar üçündür.
Monoxrom sviterlər hər bir hal üçün uyğundur. Onlar həm biznes stil, həm də kəjual obraz üçün əlverişlidir. Naxışlı sviterlər universal olmadığı üçün yalnız istirahət günlərində cins yaxud çinosla geyinilə bilər. Romb (ing. Argyle) naxışlar ən çox istifadə olunandır.
Hörmə növündən asılı olaraq sviterin isti saxlama xüsusiyyətini təyin etmək olar. Əsasən, geniş hörgülü sviterlər daha qalın olur və bədəni isti saxlayır. Lakin, onları ara qat (pencək, kardiqan, zəncirbəndli jaketin altında) şəkilində geyinmək narahat olur. Qalın sviterləri üst geyimlə yaxud sərbəst şəkildə geyinmək mümkündür.
Hamar hörmə sviterlər geniş hörməlilər kimi isti saxlamasa da, daha səliqəli, eleqant və universaldır.
Ən başlıca şərt – sviterin ölçüsünün bədənə uyğun olmasıdır. Əgər o böyük yaxud kiçik olarsa, görünüşü korlayacaq. Hər bir brendin özünə uyğun biçim tərzi var, ona görə sizə uyğun olanını seçin. Əgər, çəki azalmasından sonra, yaxud xaricdən onlayn aldıqda ölçü böyük olarsa, onu peşəkar dərzidə uyğunlaşdırmaq lazımdır.
Sviterlərin növləri haqqında növbəti məqalədə oxuyun.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.