Britaniyanın Seven Valley Motorsport (SVM) tüninq atelyesi Nissan Navara pikapı üçün hazırladığı tüninq proqramını təqdim etmişdir. Tünerlər avtomobili Nissan GT-R sportkarının modifikasiya edilmiş mühərriki ilə təchiz etməyi təklif edirlər. Onlar pikapın motor bölümünə 3,8-litrlik iki turboüfürməli altısilindirli mühərriki yerləşdirmişdirlər. Aparılmış yeniliklər sayəsində onlar mühərrikin gücünü 550 at qüvvəsindən 800 at qüvvəsinə yüksəltməyə müvəffəq olmuşdurlar. Tüner «bərkgedən» pikapın qiymətini 200 min funt-sterlinq (449 min manat) təyin etmişdir. Britaniyalılar iddia edirlər ki, müştəri arzu edərsə, mühərrikin gücünü 1500 at qüvvəsinə qədər artıra bilərlər.
Bu halda pikapın mühərrikinin gücü Bugatti Chiron ilə Koenigsegg Regera hiperkarlarının mühərriklərinin gücü ilə eyni olacaqdır. Bundan əvvəl, atelye Nissan Qashqai krossoverinin «qaynar» modifikasiyasını təqdim etmişdir. Həmin krossover də Nissan GT-R sportkarının mühərriki ilə təchiz edilirdi. O zaman tüner, mühərrikin iş həcmini 3,8-litrdən 4,1-litrə artırmış, onu Bugatti Veyron modelindən alınmış turbinlər və yarış injektorları ilə təchiz etmişdilər. Nəticədə, mühərrikin gücü 1100 at qüvvəsinə qədər artırılmışdır.
Krossover 100 km/saat sürətini 2,7 saniyəyə, 200 km/saat həddinə isə 7,5 saniyəyə toplayır. 2015-ci ilin sentyabr ayında Qashqai Brantinqtorp aerodromundakı uçuş-eniş zolağında 357 km/saat həddiinə qədər sürətlənmişdir.