California modeli Volkswagen markasının istehsal proqramında 1988-ci ildə peyda olub. T3 (22 min ədəd buraxılıb) və T4 (39 min) nəslindən olan kemperlər Westfalia şirkətinin fabrikində istehsal ediblər. Volkswagen şirkəti yalnız 2004-cü ildə, T5 California modelinin debütü ilə, kemperlərin istehsalına cavabdeh olan zavod bölməsini açıb.

Belə kemperlərə olan tələbat getdikcə artır: əgər ilk 100 min kemperin buraxmasına 30 il sərf edilsə də, ikinci yüz minin istehsalına beş il gərək olub! İndi isə, yeni nəsil Volkswagen California kemperi debüt edib.

Artıq zavod kemperi Volkswagen Multivan T7 miniveninə əsaslanır. Gücləndirilmiş MQB sərnişin platformasında inşa edilmiş bu model 2021-ci ildən buraxlır və artıq Transporter və Caravelle adlı sırf kommersiya versiyalarına malik deyil (bu cütlük də tezliklə nəsil dəyişdirəcək və tamamilə fərqli konstruksiyaya sahib olacaq).

Multivan ilə belə qohumluq yeni California modelinin konsepsiyasında da öz əksini tapıb.

Əsas kimi, uzunluğu 5173 millimetr olan uzunbazalı Multivan götürülüb. Bu, əvvəlki nəsil T6 kemperində olduğundan 269 millimetr çoxdur. Modelin eni 37 millimetr artıb (1941 millimetr), qatlanmış üst quruluşu ilə olan hündürlüyü isə dəyişməyib (1990 millimetr).

Əslində, belə yuxarı qalxan üst quruluş California və Multivan modelləri arasındakı əsas və ən vacib fərqdir. O, standart Beach paketinə daxildir və salonun hündürlüyünü 1297-dən 2108 millimetrə qədər artırmağa, həmçinin tentenin altında iki çarpayı təşkil etməyə imkan verir. Baza kemperinin altı nəfərlik salonu demək olaraq ki, Multivan versiyasının salonundan heç nə ilə fərqlənmir.

Daha bahalı təchizat səviyyələri daha çox turistik xüsusiyyətlərə malikdir. Məsələn, dönən ön oturacaqlar, açılan döşəyin köməkliyi ilə salonu ikinəfərlik çarpayıya çevirmək imkanı, əlavə işıqlandırma, qatlanan masalar və sairə. Beach Camper versiyasında kiçik mətbəx, zəngin Coast və Ocean versiyalarında ayrıca mətbəx bölməsi var. 

Mətbəxin quruluğu üzərində işləmək gərək olub - T7 nəslindən olan Multivan iki sürüşərək açılan qapıya (solda və sağda) malikdir və şirkət bir qapısı olan yeni kuzovu hazırlamaqdan imtina edib. Buna görə də, mətbəxi kuzovun arxa hissəsində, sol tərəf boyunca yerləşdiriblər. Buraya qaz sobası, 28 litrlik çəni olan tas və yemək ləvazimatı üçün çəkməcələr daxildir.

Konfiqurasiyadan asılı olaraq, “Kaliforniya” hər birinin gücü 40 Amper-saat olan bir və ya iki dayanacaq batareyası ilə təchiz edilə bilər. Onlar iki 230 voltluq məişət rozetkasını və əlavə kondisioneri qidalandırmaq üçün lazımdır.

Bundan əlavə, salondakı arxa sütunda kemperin bütün funksiyalarını idarə edən sensorlu ekran quraşdırıla bilər. Funksiyaların vəziyyətinə mobil proqram vasitəsilə məsafədən izləmək mümkündür.

Baza versiyalı Multivan kimi, kemper 2.0 TDI turbodizeli (150 at qüvvəsi) və ya 2.0 TSI benzin turbomühərriki (204 at qüvvəsi) ilə təklif olunur. Hər iki versiya yeddi pilləli DSG “robotu” və ön ötürməyə malikdir.

Bununla yanaşı, kemperdə yeni güc qurğusu debüt edib. Volkswagen California eHybrid 4Motion versiyası MQB platformasında inşa olunmuş və tam ötürmə sistemini alan ilk plagin hibriddir! 1,5 TSI evo2 benzin turbomühərriki və elektrik mühərriki ümumilikdə 245 at qüvvəsi hasil edirlər və belə miniven iki tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

T7 nəslindən olan Volkswagen California kemperinin qiyməti iyun ayında açılanacaq. Elə həmin ay da sifarişlərin qəbuluna və kemperin istehsalına start veriləcək. Əvvəlki California T6 kemperinin istehsalına artıq son verilib.

Yeri gəlmişkən, ilkin olaraq ID. Buzz elektroveninə əsaslanan oxşar kemper buraxılacağı da planlaşdırılırdı, lakin onun debütü 2025-ci ilə qədər təxirə salınıb. Səbəb - turistik elektromobillər bazarının həcminin kifayət qədər olmamasıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.