TAG Heuer saat manufakturası Porsche şirkəti ilə əməkdaşlıqda yaradılmış yeni xronoqrafı təqdim edib. Carrera Chronograph x Porsche Orange Racing xronoqrafı 80 saatlıq gediş ehtiyatına malik olan avtomatik Caliber Heuer 02 mexanizmi ilə təchiz edilib. Xüsusi nəşrin ilham mənbəyi hər iki brendin zəngin irsi və onların avtodman ilə sıx əlaqəsi olub.
TAG Heuer və Porsche brendləri artıq 70 ildir ki, tərəfdaşdırlar və bu birliyin kökü Carrera Panamericana (1950-1954) yarışlarına dayanır. Vaxtı ilə bu yarışlarda əldə edilən qələbə ən böyük nailiyyət hesab olunurdu, ona görə də Porsche öz uğurunu 911 Carrera RS 2.7 modelinin buraxılışı ilə qeyd etmişdi.
Eyni addan 1963-cü ildə buraxılmış yeni xronoqraf üçün Cek Hoyer də istifadə etmişdi. Yeri gəlmişkən, belə bir xronoqrafın yaradılmasına, Hoyerin 1962-ci ilin “Sebrinqin 12 Saatı” yarışlarında iştirak edən Rikardo və Pedro Rodriges qardaşları ilə görüşü və onların planetin ən təhlükəli yarışlarından biri haqqında danışdıqları təkan vermişdi.
TAG Heuer Carrera Chronograph x Porsche Orange Racing sözün əsl mənasında yarış ruhuna malikdir. DLC örtüyünə malik olan (Diamond Like Carbon) qara polad korpus, istilik qığılcımlarının rəngində olan vurğularla yaxşı ahəng təşkil edir.
Arxa şəffaf qapaq sayəsində, Şeven şəhərindəki TAG Heuer fabrikində istehsal edilmiş, sütun təkəri, şaquli ötürməsi və üçqollu sükan çarxı formasında rotor da daxil olmaqla 168 hissədən ibarət firma Caliber Heuer 02 mexanizmini görmək mümkündür. Mexanizmin gediş ehtiyatı 80 saata qədərdir.
Keramikadan hazırlanmış bezel taximetrik şkalaya malikdir. Şüşə sapfirdəndir. Qolbağı dana dərisindən hazırlanıb, “karbonplastik” görünüşə malikdir və idman avtomobillərinin oturacaqları kimi narıncı saplarla tikilib. Xronoqraf artıq satışdadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.