ABŞ-da qüsurlu Takata təhlükəsizlik yastıqları ilə təchiz edilmiş avtomobillə bağlı daha bir qəza hadisəsi qeydə alınıb. Bu dəfə 2002-ci ilin istehsalı olan Honda Accord modelinin sərnişini həlak olub. Bu, yapon təhlükəsizlik yastığının ABŞ-dakı 23-cü, dünya miqyasında 30-cu və 2022-ci ildə dördüncü qurbanıdır. Accord modelinin yan hava yastığı qəza zamanı partlayıb və digər oxşar hallarda olduğu kimi, ətraffa saçılan metal parçaları salondakı sərnişini ölümcül yaralayıb.

15 ildən artıqdır ki, Takata yastıqları Audi, Nissan, Toyota, Ford, Mitsubishi, Subaru, BMW, Mazda, Ford və s. daxil olmaqla əsas avtomobil markaları tərəfindən quraşdırılır. Takata şirkətinin yastıqları olan potensial təhlükəli avtomobillərin geri çağrılması artıq on ildir ki, həyata keçirilir. Bu kampaniya 12-dən çox markanı və 50 milyondan çox avtomobili əhatə edir.

Qüsurlu hava yastığı səbəbindən əvvəlki ölüm hadisəsi bu yay Floridada qeydə alınıb. O zaman, Takata yastığının qurbanı 2006-cı ilin Ford Ranger pikapının sürücüsü olmuşdu: qəza ciddi xarakter daşımasa da, qaz generatorları partlayaraq, salona konstruksiyanın metal elementlərini səpələyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.