Kia şirkəti Niro krossoverinin taksi xidmətləri üçün yaradılmış xüsusi versiyasını təqdim edib. Yeni versiya Niro Plus adlanır, krossoverin birinci nəslinin əsasında hazırlanıb və donorundan ölçüləri ilə fərqlənir. Elektromobilin əsas xüsusiyyəti sürücünün qadcetlərə olan ehtiyacını gərəksiz edən yenilənmiş media sistemidir. Naviqasiya, taksometr, rəqəmsal taxoqraf və səsin tanınması sistemi artıq baş qurğuda quraşdırılıb.

Xüsusi təyinatlı modellərin (PBV, Purpose-Built Vehicles) yaradılması haqqında müddəa Kia şirkətinin yeni uzunmüddətli strategiyasında nəzərdə tutulub. Koreyalılar ilk belə avtomobilin taksi xidmətləri üçün yaradılmış Niro Plus modelinin olduğunu bildirsələr də, faktiki olaraq bu çeşidin pioneri Ray kompaktveninə əsaslanan tək oturacaqlı benzin furqonг olub.

Həm Ray, həm də Niro Plus mövcud modellərə əsaslanır, lakin Kia növbəti beş illiyin əvvəlində yeni modul platformasında inşa edilmiş xüsusi nəqliyyat xəttinə sahib olacaqdır.

Taksi üçün Niro Plus birinci nəsil elektrik krossoverinin (2018-2021) əsasında hazırlanıb. Eyni zamanda, o, standart avtomobildən bir qədər böyükdür (onun uzunluğu 10 millimetr, hündürlüyü isə 80 millimetr artırılıb) ki, bu da daha yığcam oturacaqlar və nazik qapı üzlükləri ilə birlikdə daxili məkanı artırır.

Krossover qapılardakı əlavə reflektorlar, tutacaqlar və lazımi məlumatların əks etdirildiyi mərkəzi displey ilə təchiz olunub. Elektromobilin multimedia sisteminə taksometr, rəqəmsal taxoqraf və səsin tanınması sistemi quraşdırılıb.

Bundan başqa, media sisteminə görməli yerlərin və yükləmə stansiyalarının koordinatları haqqında məlumatlar yüklənib. Gələcəkdə bu siyahı müxtəlif sənaye sahələrinin iri və kiçik şirkətləri ilə əməkdaşlıq sayəsində genişləndirilə bilər.

Bundan əlavə, müəyyən müddətdən sonra Niro Plus modelinin özəl müştərilər üçün versiyası buraxılacaq və belə versiya xarici bazarlarda yalnız hibrid qurğularla təklif olunacaqdır. Belə bir krossover, məsələn, istirahət və ya əyləncə sahəsində işləyən kiçik firmalara ünvanlanıb. Üstəlik, üstünlük unversallığa veriləcəkdir, çünki avtomobili həm biznes, həm də şəxsi səfərlər üçün istifadə oluna bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, bu yalnız başlanğıcdır. Müstəqil PBV xəttinə çatdırılma furqonu, robotlaşdırılmış taksi, mikroven və orta ölçülü yük/sərnişin şattlı daxil olacaqdır. Müxtəlif kuzov növləri, daxili konfiqurasiyalar, qapılar və dartma batareyaları vəd edilir.

Sahib olmanın ümumi dəyərini azaltmaq üçün konstruksiya mümkün qədər sadələşdiriləcəkdir. Əsas hədəf əsaslı təmir olmadan 600 min kilometrlik yürüş məsafəsidir. PBV avtomobillər proqram təminatının “hava üzərindən” yenilənməsini və müəyyən funksiyaların tələb üzrə aktivləşdirilməsini dəstəkləyəcək, həmçinin dördüncü səviyyəli avtopilotu alacaqdırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.