Bu günlərdə Nissan şirkətinin Azərbaycanda rəsmi təmsilçisi olan Nurgün Motors şirkəti yeni nəsil Altima modelinin təqdimat mərasimini keçirib. Təqdimat şirkətin Babək prospektindəki diler mərkəzində keçirilib. Xatırladaq ki, Nissan şirkəti Altima sedanının yeni nəslini keçən il Nyu-Yorkda keçirilən avtosalonda təqdim edib. Sürətlə dünyanı fəth edən bu avtomobil artıq Azərbaycandadır.
Model yeni platformaya, dəyişən sıxılma əmsalı olan benzin mühərrikinə və yarımavtonom idarəetmə sisteminə sahib olub. Tam yeni Nissan Altima 2.5 litrlik 188 at güclü və 2,0 litrlik 248 at güclü təzyiq səviyyəsi dəyişən VC-Turbo mühərriklə, tarixində ilk dəfə adaptiv tam çəkimlə və yarım avtonom idarəetməni təmin edən ProPilot Assist sistemi ilə təchiz edilir.
Yeni Nissan Altima 2017-ci ildə il nümayiş etdirilmiş Vmotion 2.0 konseptinin üslubunda olan eksteryerə sahib olub. Yeni sedan sələfindən 25 millimetr uzun, 23 millimetr enli və 25 millimetr alçaqdır. Yeni Altima sedanının təkər bazasının uzunluğu 48 millimetr artaraq 2825 millimetr olub. Yeni model daha dəbli və müasir xarici görünüşlə yanaşı texnoloji baxımdan da daha üstündür.
Xarici görünüş idmansayağı vurğulara malik parlaq və dəbli dizayn həlləri ilə cəlb edir, salon isə materialların yüksək keyfiyyəti ilə seçilir. Avtomobilin salonu da tamamilə yeni arxitekturaya sahib olub. Mərkəzi konsolun üzərində olan multimedia sisteminin displeyi 8-düymlük diaqonala malikdir. Daha bir yeddi düymlük displey cihazlar panelində quraşdırılıbdır. Multimedia sistemi Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyir, üstəlik dörd USB portu da nəzərdə tutulubdur. Onlardan ikisi öndə, ikisi isə arxadadır.
Dəyişən təzyiqli turbo mühərrik, tam çəkim və kamil təhlükəsizlik sistemləri Nissan Altima 2019 modelini öz seqmentində daha da cəlbedici edir. Onu da qeyd edək ki, avtomobil inanılmaz dərəcədə rahat və səssizdir.
Yeni Altimanın daha bir fərqli cəhəti böyük həcmdə yüksək texnologiyalı qurğuların olmasıdır. Avtomobil Apple CarPlay və Android sistemlərini dəstəkləyən sensorlu ekranla təchiz edilir. Bir toxunuşla işə düşən Bose Premium stereo sisteminin ekvalayzer tənzimləməsi də çox asandır.
Ətraflı məlumatı Nurgün Motors-dan (012) 934; (+99412) 448-38-38; 430-90-90 telefonları ilə ala bilərsiz.
Ünvanlar (Google Maps): Bakı şəhəri, Babək prospekti 31 və Salamzadə küçəsi 2