Avropa Patent İdarəsinin açıq məlumat bazasında Bavariya brendinin Neue Klasse platformasında inşa edilmiş seriya elektromobilinin görüntüləri peyda olub. Söhbət yanacaqla işləyən BMW X3 modelinin alternativindən gedir: bu, 2026-cı model ilində satışa çıxarılacaq batareyalı iX3 krossoveridir. Yeniliyin əsasını Vision Neue Klasse X konsept avtomobili təşkil etsə də, eksteryerdə çoxlu dəyişikliklər var.
Vision Neue Klasse X konseptindən əsas fərq artılmış kuzov çıxışlardır. Konsept avtomobili yüksək kuzovu, böyük təkər diskləri və “yolsuzluq” həndəsəsi sayəsində yığcam görünürdü. Bununla belə, seriyaya gedən yolda BMW iX3 krossoverə çevirəcək və form-faktor baxımından iX modeli ilə bənzərliklər aparmaq olar.
Yan güzgülərin, qapı tutacaqlarının və daha kiçik təkər disklərinin peyda olacağı təxmin edilirdi, çünki belə güzəştlər olmadan nisbətən ucuz modelin kütləvi istehsal edilməsi ağlasığmazdır. Çox güman ki, konsept avtomobilinin firma işıq imzası qalacaq, interyerdə də inqilab gözlənilmir. Neue Klasse platforması, Bavariya markasının 800 voltluq elektrik sisteminə üstünlük verəcəyi, habelə alıcılara bir və ya iki mühərrikli güc qurğularını təklif edəcəyi deməkdir.
Mücərrəd olaraq, BMW brendinin yeni nəsil elektromobillərinin dolu batareya ilə 800 kilometrdən çox məsafə qət edə biləcəyi bəyan edilmişdi, lakin iX3 modelinin belə göstəricilərə nail olub-olmayacağı hələlik dəqiq deyil. Krossoverin yanacaqlı ailəsi elektrik versiyalarından fərqli görünəcək, minik avtomobilləri isə, əksinə, güc qurğunsunun növündən asılı olmayaraq oxşarlıq daşıyacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.