Great Wall şirkəti tərəfindən istehsal olunan ramalı Tank 300 ofrouderi, adından da göründüyü kimi, ofroud həvəskarlar üçün hazırlanmış Ranger versiyasına sahib olub. Tank 300 Ranger versiyası adi ofrouderdən gücləndirilmiş asqısı ilə fərqlənir. Yunliang tüninq emalatxanasının dəstəyi ilə hazırlanmış ofrouderin asqısında K-Man şirkətinin komponentlərindən istifadə olunur.
Təkmilləşdirilmiş Tank 300 Ranger modeli Eibach yayları olan K-Man Off-Road amortizatorlarını əldə edib. Bu amortizatorlar çıxarılan rezervuarları və daha möhkəm konstruksiyası ilə fərqlənirlər ki, bu da sürücüyə mürəkkəb yolsuzluqda hərəkət zamanı daha çox sərbəstlik verir. Bundan əlavə, sıxılma səviyyəsi tənzimlənməsi də nəzərdə tutulub. Eyni zamanda, Tank modelinin asqı sxemi dəyişilməyib: ön tərəfdə kpndələn qollar, arxada isə bütöv körpü.
Ranger versiyasının başqa yenilikləri də əldə edib: Warn bucurqadı olan ön bamper, havalandırma kəsikləri olan kapot, daha böyük təkər tağları genişləndiriciləri, metal ayaqaltılar, şnorkel, habelə bedlokları və BFGoodrich All Terrain T / A ofroud şinləri olan təkər diskləri. Bütün bunlar həm modelin, həm də bütövlükdə Tank markasının ofroud imicini gücləndirmək məqsədini daşıyır.
Bununla belə 300 Ranger modelinin güc qurğusu standart 227 at qüvvəli 2,0-litrlik benzin turbomühərrikidir. Mühərrik səkkiz pilləli avtomatik tranmissiya ilə tandemdə çalışır. Ötürmə - azaldıcı pilləsi, təkərlərarası və oxlararası differensialların elektron kilidlənməsinə malik olan tam ötürmə sistemidir. Ranger modelinin təklif olunan pərakəndə satış qiyməti 248,800 (65.240 manat) yuandır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.