Tank markası Çendu avtosalonuna 500 modeli ilə yanaşı, yeni 400 modelini də gətirib. Doğrudur, birinci ofrouder seriya modeli olsa da, ikinci avtomobil hələlik konsept statusunda çıxış edir. Tank 400 modeli Great Wall konserni tərəfindən təsis edilmiş markanın model çeşidində beşinci model olmalıdır. 300 və 500 modelləri seriyaya getsələr də, bu ilin yazında konsept statusunda debüt edən 700 və 800 indeksli ofrouderlər hələlik konveyerə çıxa bilməyiblər.
Yeni Tank 400 modeli 700 konsepti ilə ilə eyni üslubda görünüşə malikdir: hər iki model bucaqlı qanadları və enən dam xətti olan brutal görünüşü ilə bir-birinə bənzəyirlər. Lakin 400 modeli daha yığcam ölçülərə malikdir və onun təkər bazasının uzunluğu 2850 millimetr təşkil edir. Ofrouder 18-düymlük disklərə, habelə taybatay açılan və üzərində ehtiyat təkəri bərkidilən baqaj qapısına malikdir.
Salonda iki oturacaq cərgəsini, mediasistemin geniş formatlı ekranını və analoq cihazlar panelini görmək olar. Oturacaqlar dəri ilə üzlənib. Konseptin təchizatına ikizonalı klimat-kontrol və lyuk daxildir.
500 modeli kimi, 400 modeli də rama konstruksiyasına, yaylı asqıya, bütöv arxa körpüyə, azaldığı cərgəsi və hər iki oxun təkərlərarası differensialı olan tam ötürmə sisteminə malikdir. İstehsalçı avtomobilin güc qurğusu barədə məlumat verməyib. Tank 400 modelinin seriya variantının 2023-cü ilə qədər debüt edəcəyi gözlənilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.