Leonardo da Vinçi XV əsrdə müasir helikopterin prototipi olan "pərvanə"nin şəklini çəkmişdi. Onun fikirləri keçən əsrin ortalarında gerçəkləşdi və helikopterlərin seriya istehsalı başlandı.

Bu gün helikopterlərdən sərnişlərin və yüklərin daşınmasında, kənd təsərrüfatı səpinlərinin dərmanlanmasında, faydalı qazıntıların axtarışında, hündürmərtəbəli tikililərin quraşdırılmasında, kəşfiyyat və düşmən hədəflərinin məhv edilməsində və hətta reklam işlərində də istifadə olunur.

20-ci əsrin ikinci yarısı helikopterlərin inkişafının "yüksəliş nöqtəsi" oldu. Bənzər maşınlardan İkinci Dünya Müharibəsi illərində istifadə edilmirdi, lakin Koreya müharibəsində helikopterlər ən aktiv şəkildə tətbiq olunurdu. Helikopterləri döyüş zonasında ilk dəfə istifadə edən amerikalılar olublar. ABŞ-da helikopter inşa edilməsi, oktyabr çevrilişindən sonra ABŞ-a mühacirət etmiş istedadlı mühəndis İqor Sikorskinin adı ilə bağlıdır.

AH 64 Apache

İlk zamanlarda, bu maşınların çoxsaylı əleyhdarının olduğunu qeyd etmək lazımdır. ABŞ Hərbi Hava Qüvvələri helikopter almaq istəmirdi və bunu uçuş keyfiyyətlərinin aşağı olması, texniki xidmətdəki çətinliklər və hava hücumundan müdafiə sistemləri qarşısında müdafiəsiz olduğu ilə izah edirdilər. Təəssüf ki, hərbiçilər əksər hallarda belə inert düşüncədən ziyan görürlərlər. Lakin, onların helikopterlərə olan münasibəti tez bir zamanda 180 dərəcə dəyişdi.

Helikopterlər Koreya müharibəsində özlərini ən yaxşı tərəfdən göstərdilər. Onlardan atəşin istiqamətləndirilməsi, kəşfiyyat, yaralıların təxliyəsi, desantın daşınması və digər məqsədlər üçün istifadə edirdilər. Bir neçə ay davam edən döyüş əməliyyatlarından sonra amerikalı generallar onlara çoxlu sayda helikopterlərin verilməsini tələb edirdilər.

Bell UH-1 Huey

Helikopterlərin peyda olmasından əvvəl, orta və ya ağır dərəcədə yaralanmış əsgərlər praktik olaraq ölümə məhkum idilər - onların 90 faizi həyatlarını itirirdilər. "Helikopter" dövrünün başlamasından sonra ölümlər 10 faizə qədər azaldı. Koreya qarşıdurmasının sonunda helikopterlərdə kiçik pulemyotların quraşdırılmasına başlandı. ABŞ ordusu artıq bir neçə növ helikopterə sahib idi.

Koreya müharibəsi helikopterlərin ilk növbədə qoşunların köçürülməsi və onların təchizatı ilə əlaqəli taktiki tapşırıqların həll edilməsi üçün əla nəqliyyat vasitəsinin olduğunu göstərdi. XX əsrin ikinci yarısında baş vermiş bir sıra qarşıdurmalarda, tərəflərdən biri partizanlara qarşı mübarizə aparmaq məcburiyyətində idi. Nəticədə, helikopterlərin partizanlarla mübarizə aparmaq üçün ideal bir silah olduğu üzə çıxdı.

Bell AH-1 Cobra

Helikopter təkcə nəqliyyat vasitəsi deyil, o həm də zərbə endirən maşına, ideal hücumçuya və quru qoşunlarını dəstəkləyən "uçan tanka" çevrilmişdi. Helikopterlərdə idarə olunmayan raketlər və pulemyotlar quraşdırılırdı. Tank əleyhinə idarə olunan raketlərin meydana çıxması ilə, helikopter zirehli texnikaya qarşı güclü mübarizə vasitəsinə çevrilmişdi.

Vyetnam müharibəsi döyüş helikopterlərinin inkişafında mühüm mərhələyə çevrildi. Bu müharibənin əsl simvolu "Hyui" adı ilə daha yaxşı tanınan Bell UH-1 Huey helikopteri oldu. Bu, etibarlı və qayğı tələb etməyən maşın hələ də buraxılır. Vyetnam cəngəlliklərində fəal şəkildə istifadə olunan başqa bir maşın Bell AH-1 Cobra hücum helikopteri idi. Onun əsas vəzifəsi qoşunları dəstəkləmək və düşmənə zərbələr endirmək idi.

AH 64D Apache Longbow

Döyüş əməliyyatlarının sonuna yaxın ABŞ ordusunda yalnız helikopterlərlə silahlanmış xüsusi diviziyalar yaradılmışdı. Məhz Vyetnam müharibəsi ABŞ-da helikopterlərin inkişaf etdirilməsinə güclü təkan verdi.

Keçən əsrin 70-ci illərinin sonunda ABŞ-da yeni hücum helikopteri yaratmaq üzərində düşünməyə başladılar. Yeni maşın Vyetnamda qazanılan bütün təcrübəni özündə cəmləməli və Bell AH-1 Cobra maşınlarını əvəz etməli idi. Yeni helikopterin yaradılması üçün keçirilən müsabiqədə bir neçə iri amerikan aviaistehsalçısı iştirak edirdi.

1976-cı ildə Hughes şirkəti müsabiqənin qalibi elan edildi və 1981-ci ildə, bu gün də ABŞ Ordusunda xidmətdə olan AH 64 Apache helikopteri peyda oldu. Bu helikopter dünyanın ən yaxşı döyüş helikopterlərindən biri hesab olunur. 1984-cü ildən bu günə qədər AH 64 Apache kütləvi şəkildə istehsal olunur. Hughes şirkəti 1984-cü ildə McDonnell Douglas, 1997-ci ildə isə Boeing tərəfindən satın alındı.

AH 64 Apache

AH 64 Apache döyüş helikopterinin təsviri

Bu maşın, əvvəlcə günün istənilən vaxtında və istənilən hava şəraitində quru qüvvələrini dəstəkləmək üçün hücum helikopteri olaraq yaradılmışdı. Ayrıca, "Apaç"ın əsas funksiyalarından biri də düşmənin zirehli texnikasının məhv edilməsidir. Helikopter bunu müxtəlif münaqişələr zamanı dəfələrlə parlaq şəkildə nümayiş etdirib.

İlkin olaraq, yeni helikopterə qarşı irəli sürülən tələblər çox sərt idi. AH 64 Apache yağışda və gecə uçmalı, hətta 12,7 millimetrlik güllələrlə vurulduqdan sonra döyüş tapşırığını yerinə yetirməli, "cihazlarla" uçmalı və pis görünmə şəraitində hücum etməli, həmçinin 12,8 metr/saniyə sürətilə qəza enişi zamanı heyətin təhlükəsizliyini təmin etməli idi.

Helikopter bir neçə modifikasiyaya malikdir. Onlardan ən yenisi və ən mükəmməli 1991-ci ilin əvvəlində havaya qalxan AH 64D Apache Longbow helikopteridir.

AH 64D Apache Longbow

"Apaç" klassik sxem üzrə, bir quyruq vinti və bir aparıcı vint ilə təchiz edilir. Həm aparıcı və həm də quyruq vintləri dörd bıçağa malikdirlər. Apache helikopterinin aparıcı vintinin bıçağının uzunluğu 6 metrdir və bu bıçaqlar xüsusi quruluşa malikdirlər: metaldan hazırlanmış bıçaqlar şüşə lifi ilə örtülmüşdır. Bıçaqların arxa kənarları kompozit materialdan, ön kənarları isə titandan hazırlanmışdır. Belə quruluş helikopterə vintləri ilə kiçik maneələrə (budaqlara, kiçik ağaclara) toxunmağa imkan verir. X-formalı sükan vinti ənənəvi analoqlarından daha effektivdir.

AH 64 Apache füzelajı xüsusi möhkəmliyə malik alüminium ərintilərindən hazırlanıbdır, helikopter kiçik uzantılı (çıxarıla bilən) qanada və yığışdırılmayan şassiyə malikdir. AH 64 helikopterinin kabinəsi iki uçuş heyəti üçün nəzərdə tutulmuşdur - pilotlar ardıcıl şəkildə otururular və ikinci pilotun kreslosu birinciyə nisbətən daha hündürdə yerləşir. Kokpit ciddi zirehə malikdir.

Helikopterin quruluşu böyük yüklənmələrə tab gətirə bilər. Apache yan tərəflərdə yerləşdirilən iki mühərrik ilə təchiz olunur. Mühərriklərin hər birində işlənmiş qazların axınını səpələyən xüsusi cihaz yerləşdirilib ki, bu da helikopterin infraqırmızı diapazonda görünməsini azaldır. Döyüş helikopterində ikiqat hidravlik sistemdən istifadə olunur, yanacaq çənləri müdafiə olunublar, maşının ən vacib hissələri zirehlə örtülmüşdür.

AH 64 Apache

AH 64 Apache helikopterində çoxlu sayda müxtəlif radioelektron avadanlıqlar quraşdırılmışdır. Ən son modifikasiya olan AH 64D Apache Longbow modeli daha müasir avionikaya malikdir. AH 64 modelinin silahlanmasının əsasını TADS - hədəf aşkarlama və təyinetmə sistemi təşkil edir. Bu sistem bir neçə elementdən ibarətdir.

  • Çoxqatlı böyütməyə malik olan gecə görmə sistemi;
  • Optik sistem;
  • Gündüz vaxtı işləyən televiziya sistemi;
  • Bundan əlavə, ilk dəfə Apache helikopterində hədəfi təyin etmə sisteminə malik olan dəbliqə tətbiq edilmişdir. Bu dəbliqə baş hərəkətilə hədəfi təyin edib vurmağa imkan verir. Elektron idarəetmə sistemləri pilota rahat şəkildə helikopteri idarə etməyə və döyüşməyə imkan verir. "Apaç"ın ən yerə səthinə yaxın hündürlükdə idarəedilməsi xüsusilə yaxşı düşünülmüşdür - maşının landşaft elementlərini ötüb keçmə qabiliyyəti uçuş heyətinin sağ qalma şansını xeyli artırır.

AH 64 Apache helikopterinin qanadlarında dörd asma nöqtəsi vardır və onlarda idarə edilən və ya edilməyən raketlər yerləşdirilə bilər. Hər bir asma nöqtəsinə 700 kiloqrama qədər yük asmaq olar. Helikopterdə 16 ədəd idarəolunan Hellfire raketi quraşdırıla bilər. Şassinin arasında 30 millimetrlik kalibri olan Hughes H230A-1 Chaingun topu quraşdırılmışdır.

AH 64D Apache Longbow

Modifikasiyalar

Bu helikopterin bir neçə modifikasiyası var.

  • AH 64A Apache - ilk seriya modifikasiyası, maşının baza modeli.
  • AH 64S - modernləşdirilmiş baza helikopteridir. Modernləşdirməyə 1992-ci ildə başlanıb, 1993-cü ildə bu proqram bağlanıb. Bu modifikasiyada Longbow radarı yoxdur.
  • AH-64D Apache Longbow - helikopterin ən mükəmməl modifikasiyasıdır. Vizual olaraq onu tanımaq asandır: onun aparıcı vinti üzərində göbələkşəkilli millimetrlik diapazonu olan Longbow radarı quraşdırılıb. Bundan əlavə, helikopter daha güclü T700-GE-701 C mühərriki ilə təchiz olunubdur. Helikopterdə Hellfire raketləri quraşdırılmışdır ("atəş etdin və unutdun»).
  • AH-64 Sea Going Apache - Hərbi Dəniz Qüvvələri və Dəniz Korpusu üçün helikopter, gəmi əleyhinə raketlərlə təchiz olunur.
  • WAH-64D - Böyük Britaniya ordusu üçün nəzərdə tutulmuş modifikasiya, lisenziyaya əsasən istehsal edilir. Helikopterdə Rolls-Royce mühərrikləri quraşdırılır.

AH 64D Apache Longbow

Apache döyüş helikopteri bir sıra münaqişələrdə iştirak edib və həmişə özünü ən yaxşı tərəfdən göstərib. Bu maşın, haqlı olaraq, ikinci nəslin ən mükəmməl döyüş helikopterlərindən biri hesab olunur. Onun döyüş debütü 1989-cu ildə Panamada baş tutub. Helikopter İraq və Yuqoslaviyadakı müharibələrdə, həmçinin İraq və Əfqanıstanda aparılan ikinci müharibələrdə iştirak edib.

Hal-hazırda bu helikopter on beşdən çox ölkənin silahlı qüvvələrində xidmət edir. Helikopterin bir neçə ölkəyə satılması üçün danışıqlar aparılır. Çox güman ki, sınaqdan çıxmış AH-64D modeli, yaxın on il ərzində ABŞ ordusunun əsas hücum helikopteri olaraq qalacaq.

Aşağıda AH 64 Apache döyüş helikopterinin bütün modifikasiyalarının texniki xüsusiyyətləri sadalanıb.

AH-64 Apache helikopterinin texniki xüsusiyyətləri

Model

AH-64A

AH-64С

AH-64D Longbow

Texniki xarakteristikalar

Heyət

2

Uuznluğu, m

17,76

Aparıcı vintin diametri, m

14,63

Sükan vintinin diametri, m

2,79

Normal uçuş çəkisi, kq

6 650

6 552

7 530

Maksimal uçuş çəkisi, kq

8 000

9 525

10 432

Mühərrik

Т700-GE-701

Т700-GE-701C

Güc, a.q.

2 × 1695 (1270)

2 × 1890 (1409)

Uçuş xarakteristikaları

İcazə verilən maksimal sürəti, km/saat

365

Maksimal sürət, km/saat

300

293

265

Praktiki mənzili, km

690

482

407

Praktiki tavan, m

6 100

6 400

5 915

Maksimal yüksəlmə sürəti, m/san.

12,27

Şaquli yüksəlmə sürəti, m/san.

12,7

7,5

Maksimal istismar yüklənməsi

+3,5/−1g

+3,5/−0,5 g

Silahları

Avtomatik top

30 mm (625 atəş/dəq.)

Güllə ehtiyatı

1200 patrona qədər

İdarə edilən raketlər

4 × 4

Idarə olunmayan

4 × 19 × 70 mm Нydra