Hindistanda keçirilən Bharat Mobility Global Expo 2025 avtosalonunda Tata Motors otuza yaxın yeni sərnişin və kommersiya avtomobilini təqdim edib. Lakin onlardan ikisi daha çox maraq doğurur: brendin dizaynının gələcək inkişaf istiqamətini nümayiş etdirən konseptual Avinya X kross-kupesi və yenidən Sierra adını daşıyan krossover.

Tata Avinya X krossoveri Range Rover Velar ilə qohumluq əlaqələrinə malikdir və premium elektrik avtomobili kimi mövqeləndirilib. Hələlik yenilik konsept statusunda təqdim edilib, lakin onun seriya versiyası da olacaq – onun debütü 2026-cı ilə planlaşdırılıb. Kross-kupe JLR tərəfindən hazırlanmış 800 voltluq elektrik arxitekturasına malik olan EMA (Electrified Modular Architecture) modul platformasına əsaslanacaq. Hələlik başqa texniki detallar açıqlanmayın, lakin Tata şirkəti Avinya elektrik krossoveri üçün əsas komponentlərin Hindistanda istehsal olunacağını bildirib.

Avinya X konseptinin maraqlı dizayn xüsusiyyətləri arasında bütöv panoram dam, praktiki olaraq heç bir fiziki düymələri olmayan, lakin çoxlu saxlanc yerləri olan minimalist interyer daxildir. Kross-kupenin ikinci cərgəsinin bu sinifdəki ən geniş məkana malik olduğu xüsusilə vurğulanır.

Avinya X modelinin bazara çıxmasına hələ bir ildən çox vaxt var, lakin AutoExpo-2025 sərgisində debüt edən ikinci Tata yeniliyini çox gözləmək gərək olmayacaq. Bu demək olar ki, seriya istehsalı üçün hazır olan Sierra krossoveridir. 1991-2003-cü illərdə bu adla, kuzovun arxa hissəsinin özünəməxsus panoram şüşələnməsinə malik olan üçqapılı ofrouder satıldı və yeni Sierra onun ideoloji varisidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossover vurğulanmış orta dayaqları və çıxıntılı kapotu olan kvadrat kuzova malikdir. Yeni model 2023-cü ilin eyniadlı konseptindən LED gündüz hərəkət işıqlarının naxışı, bamperlərin və faraların dizaynı ilə fərqlənir. Hindistan KİV-ləri avtomobilin uzunluğunun 4,3-4,4 metr, təkər bazası 2,65 metr, klirensinin isə, 200 millimetr olduğunu bildiriblər.

Hələlik interyerin rəsmi şəkilləri yoxdur, lakin jurnalistlər əmindirlər ki, Sierra üç ekrana, panoram dama, havalandırılan ön oturacaqlara, dairəvi kameralara və adaptiv kruiz-kontrola malik olacaq.

Image alt Image alt Image alt

Qeyri-rəsmi məlumatlara görə, yeni Sierra modelinin kapotunun altında daxili yanma mühərriki yerləşir: 1,5-litrlik benzin turbomühərriki və 2,0-litrlik turbodizel təxminən 170 at qüvvəsi hasil edirlər. Tata seçim olaraq iki ötürmə qutusu təklif edəcək: mexaniki və avtomatik. Tam ötürmənin təklif ediləcəyi də istisna olunmur.

Tata Sierra modelinin 2025-ci ilin sonuna qədər Hindistan bazarında satışa çıxarılmalıdır. Odur ki, ətraflı təfərrüatlar bu ilin sonuna qədər açıqlanmalıdırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.