Kupeşəkilli krossoverlər bütün avtomobil istehsalçılarının zehnini həyəcanlandırmaqda davam edirlər. Belə istehsalçılardan biri də Hindistanın Tata konsernidir. Hind istehsalçısı Tata Curvv modelini eyni zamanda iki versiyada - yanacaqlı və elektrik versiyalarında təqdim edərək öz bəxtini bu sinifdə sınamaq qərarına gəlib.
Tata Curvv
Tata Curvv krossoveri 2022-ci ilin yazında nümayiş etdirilən eyniadlı konseptin seriya təcəssümüdür. Kuzovun nisbətləri və konturları demək olar ki, dəyişməz qalıb, lakin avtomobil bəzi detallar ilə fərqlənir. Ön hissə böyük hava girişləri və radiator barmaqlığı olan fərqli dizayna malikdir, fənərlər də dəyişdirilib.
Yan güzgülər, irəli çıxan qapı tutacaqları və adi ölçülü təkər diskləri peyda olub. Elektrik versiyası bağlı burnu (ona doldurma konnektoru quraşdırılıb), nişanları və təkər disklərinin daha axıntılı dizaynı ilə seçilir.
Tata Nexon
Tata hələlik interyerin şəkillərini dərc etməyib, lakin Hindistan mətbuatı onun Tata Nexon krossoverinin interyerini təkrarlayacağını bildirir. Tata Curvv krossoveri Nexon ilə eyni platformaya əsaslanır və əslində onun daha bahalı və yüksək statuslu versiyası olacaq. Alıcılara müxtəlif interyer tərtibatı variantları təklif olunacaq.
Texniki hissə barədə hələlik məlumat verlməyib, lakin çox güman ki, güc qurğusu da Nexon modelindən götürüləcək – bunlar 1,2-litrlik Revotron benzin “turboüçlüyü” (110 at qüvvəsi, 170 Nm) və ya 1,5-litrlik Revotorq turbodizelidir (110 at qüvvəsi, 260 Nm).
Hər iki mühərrik həm altı pilləli mexaniki transmissiya, həm də onun robotlaşdırılmış versiyası (tək muftalı) ilə təchiz olunur. Ən bahalı benzin versiyaları üçün iki muftalı yeddi pilləli "robot" nəzərdə tutulub. Nexon elektrokarı iki versiyaya malikdir - 129 at qüvvəli və 143 at qüvvəli. Belə krossoverlər müvafiq olaraq 30,2 və 40,5 kilovat/saatlıq dartma batareyası ilə təklif edilirlər.
Tata Curvv krossoverinin tam ölçülü premyerası avqustun 7-nə planlaşdırılıb. Baza ilk olaraq elektrik versiyası çıxacaq, benzin və dizel variantları isə daha sonra satışa çıxarılacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.