Stellantis konserninin rəhbəri Maserati brendinin satışlarının çökməsini izah edib. “Motor1” portalına müsahibə verən Karlos Tavares premium brendin yarımillik hesabatını şərh edib. Altı ay ərzində Maserati brendinin çatdırılmalarə ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 min avtomobildən 6,5 min avtomobilə qədər azalıb. Bununla belə, Tavares bunun zəif marketinqlə əlaqədar olduğunu, məhsullar, avtomobillərin keyfiyyəti və ya qiymətləri ilə bağlı heç bir problemin olmadığını iddia edir.

“Maserati brendinin düzgün avtomobilləri və düzgün texnologiyası var. Biz benzin və ya elektriklə hərəkətə gələn lüks idman avtomobillərini təklif edirik. Əgər hazırda satışlar zəifdirsə, bu, marketinqdə problem olduğunu göstərir. Biz keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmışıq, lakin indi avtomobillərin təbliğatı üzərində işləmək və məlumatı potensial müştərilərə çatdırmaq lazımdır”, - Karlos Tavares bildirib.

Satışların çökməsini model xətti ilə bağlamaq həqiqətən də mümkün deyil: Maserati uzun müddətdən sonra ən yeni model xəttinə sahibdir. Model çeşidinin zirvəsində ortamühərrikli MC20 superkarı qərarlaşıb, həmçinin portfelə GranTurismo kupe və kabrioleti, həmçinin Levante və Grecale krossoverləri daxildir. Bununla belə, Maserati ilin birinci yarısında 82 milyon avro itirib və elə həmin Tavares bu yaxınlarda səmərəsiz brendləri bağlamağı planlaşdırdığını bildirmişdi.

Maserati brendinin gələcəyi hələ də parlaq görünür, çünki italyan istehsalçısı bir sıra yeni məhsulları hazırlayır: MC20 elektromobili, yeni flaqman krossoveri, həmçinin Quattroporte modelini əvəz edəcək sedan işıq üzü görməlidir. Eyni şeyi Karlos Tavaresin karyerası haqqında demək olmaz: Stellantis konserninin səhmdarları əldə olunan maliyyə nəticələrindən məyusdurlar və konsernin top menecerlərini qarşı məhkəməyə veriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.