TechArt tüninq atelyesi Porsche 911 Turbo kabrioletinin bazasında yaradılmış GTStreet R modelini təqdim etmişdir. Tüninq keçmiş kabriolet 720 at qüvvəsi olan mühərrikə sahib olmuşdur.
TechArt GTStreet R kabrioleti 100 km/saat sürətini 2,7 saniyəyə toplayır və 340 km/saat maksimal sürətə malikdir. Müqayisə üçün, 540 at qüvvəli mühərrik və Sport Chrono dəsti ilə təchiz edilmiş standart Porsche 911 Turbo kabrioleti 100km/saat həddinə 3,1 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 320 km/saat təşkil edir.
Kabriolet tərkibinə Porsche 911 GT2 RS modelindən götürülmüş arxa antiqanad daxil olan xüsusi aerodinamik kuzov dəsti ilə təchiz edilir.
Aerodinamik boruda keçirilmiş sınaqlar bu dəstin 300 km/saat sürətində sportkarı 321 kiloqram yerəbasma gücü ilə təmin etdiyini göstərmişdir. TexhArt eyni zamanda kabrioleti 20 və 21-düymlük döymə disklər və titandan hazırlanmış buraxılış sistemi ilə təchiz etməyi təklif edir. Kabrioletin salonu müştərinin tələblərinə uyğun olaraq tərtib edilə bilər.
TechArt mütəxəssisləri salonun tərtibatında yüksək kefiyyətli dəri və alkantaradan istifadə edirlər. İnteryerin rəng tərtibatı əksteryerin rənglərinə uyğunlaşdırılır.