Bildiyimiz kimi, TechArt tüninq atelyesi Porsche Cayenne model xətti üçün nəzərdə tutlmuş Magnum proqramını 2004-cü ildə təqdim etmişdir. Bu günə qədər 1200 ədəd Porsche Cayenne sahibi Magnum proqramından bəhrələnmişdir.

Lakin, Almaniyada yerləşən atelyenin mütəxəssisləri bununla qənaətlənmək fikrində deyildirlədr. Essendə keçiriləcək tüninq şousu üçün atelye mütəxəssisləri əlavə olaraq 20 at qüvvəsi almış yeni dəsti təqdim etmək fikrindədirlər.Beləliklə, Porsche Cayenne Turbo S modelinin bazasında yaradılan TechArt Magnum Sport krossoveri 720 at qüvvəsi gücə malik olacaqdır. Bildiyimiz kimi, Porsche Cayenne Turbo S modeli 570 at qüvvəsi təklif edən iki turbokompressorlu 4,8-litrlik V8 mühərriki ilə təchiz edilir. Eyni zamanda Cayenne modeli Nürburqrinqdə krossoverlər üçün olan rekordu saxlamaqda davam edir. Lakin bu heç də tünerləri krossoveri təkmilləşdirməkdən çəkindirməyir. Bununla belə, tünerlər hansı modifikasiyaların  təkmilləşdirəcəyini bildirməmişdirlər. Xatırladaq ki, bir müddət bundan əvvəl təqdim edilmiş TechArt TA 058/T2.1 dəsti eyni rəqəmlərlə öyünürdü.

Image alt Image alt Image alt Image alt