Böyük Britaniyanın Kral incəsənət kollecinin (RCA) ağıllı mobillik fakultəsinin məzunları 2050-ci ilin Bentley modeli barədə olan görüşlərini təqdim ediblər. Onlar öz işlərində gələcəyin pilotsuz dəbdəbəli fərdi nəqliyyat vasitəsini nümayiş etdirməyə cəhd göstəriblər.
RCA müəllimləri və Bentley dizayn mərkəzinin əməkdaşları müsabiqəyə göndərilən 24 işdən, qarşıya qoyulan məqsədlərə ən çox cavab verən dörd layihəni seçiblər. Bu layihələr, avtonom idarəetmə sistemi və elektrik güc qurğularına kütləvi keçid zamanı baş verə biləcək dəyişiklikləri nümayiş etdirən, lakin avtomobilləri fərdilik və azadlıq simvolu kimi qələmə verən işlərdir.
Material Humanity (Keyt NamGon)
Keyt NamQun Bentley modelinin gələcəyini axıntılı kuzovu və ənənəvi daxili yanacaq mühərriki ilə hərəkətə gələn retrokupedə görür. Onlarla illərdən sonra çoxsaylı pilotsuz nəqliyyat vasitələrinin peyda olması, sərbəst şəkildə avtomobili sürməyi imkanlı şəxslərin üstünlüklərindən biri edəcəkdir. Keyt belə insanların avtomobilin neçə çalışdığını görmək və onu mexaniki saat ilə müqayisə etmək istədiklərini düşünür.
Stratospheric Grand Touring (Cek Uotson)
Cek Uotsonun “Stratospheric Grand Touring” layihəsindəki Bentley uçan naməlum obyektlərə bənzər pilotsuz nəqliyyat vasitəsidir. Bu vasitə ölkələr və qitələr arasındakı sərhədləri yox etməlidir. Uotsonun fikrincə işgüzar adamlar yeganə yaşayış yeri ilə kifayətlənməyərək, sərbəst şəkildə yer dəyişdirəcəkdirlər.
Luxury Soundscapes (İren Çiu)
İren Çiu isə diqqəti səsin rolu üzərində cəmləyir. Gələcək Bentley modelləri lazımsız və xoşagəlməz səsləri filtrdən keçirərək, yalnız xoş bioakustikanı saxlayacaqdır.
Elegant Autonomy (Enuci Çoy)
Enuci Çoy isə zəriflik və britan etiketinin Bentley pilotsuz avtomobillərində əhəmiyyətli rol oynaycağını hesab edir. Onun “Elegant Autonomy” layihəsi avtomobilə giriş-çıxış prossesində cəmlənibdir.