Volkswagen şirkətində təcrübə keçən tələbələr 400 at qüvvəsi gücü olan turbomühərriklə təchiz edilmiş xüsusi Golf GTI Heartbeat hetçbekini hazırlamışdırlar. Məlum olduğu kimi, alman şirkətinin Avropa ölkələrindən olan fanatları, hər il Avstriyadakı Wörthersee gölünün sahilində təşkil edilən ənənəvi festivalda iştirak edirlər. Tələbələrin hazırladığı layihə bu il yaradılmasının 40 illik yubileyini qeyd edən Golf GTI modelinə həsr edilmişdir. Nadir avtomobilin hazırlanması üzərində yaşları 20 - 26 yaş arasında olan tələbələrdən ibarət 12 nəfərlik kollektiv işləmişdir.
Tələbələr əsas olaraq, «qaynar» hetçbekin üçqapılı variantını götürərək onu gümüşü rəngə boyamış və tünd-boz örtük yapışdırmışdırlar. Eyni zamanda onlar, avtomobilin kuzovuna şanvari etikelər yapışdıraraq qırmızı aksentləri əlavə etmişdirlər.
Hetçbek həmçinin, 20-düymlük BBS firmasının təkər diskləri və kuzovun qara parlaq rəngli əlavə aerodinamik elementlərini əldə etmişdir.
Avtomobilin salonunda trek avtomobili olan Golf GTI Clubsport modelindən alınmış başlıqlarına «40» rəqəmi həkk edilmiş yarış oturacaqlarını və arxa oturacaqların yerində quraşdırılmış yeddi dinamiki və LED-işıqlandırması olan 1365 vattlıq audiosistemi müşahidə etmək olar..