Skoda şirkəti növbəti tələbə layihəsinin eskizlərini nümayiş etdirib. Bu layihə ilk dəfə olaraq, çex markasının avtoidman bölməsi tərəfindən dəstəklənəcəkdir. Bu il Skoda texniki peşə məktəbinin 25 tələbədən ibarət olan qrup, Kamiq krossoverinin ralli üçün nəzərdə tutulmuş versiyasını inşa edəcəkdir.
2014-cü ildən başlayaraq, hər il, Skoda şirkətinin Mlada-Boleslavdakı texniki peşə məktəbinin tələbələrinə bir konsept-kar yaratmaq və inaş etmək imkanı verilir. Keçən il tələbələr Scala hetçbekini iki “donqarı” olan rodsterə çevirmişdilər. 2019-cu ildə isə, tələbələr Kodiak krossoverinin bazasında Mountiag pikapını yaratmışdılar.
Sayca səkkizinci olan tələbə konsept avtomobili əksərən unikal olacaqdır. Birincisi, ilk dəfə əsas olaraq Kamiq krossoveri götürüləcəkdir. İkincisi, tələbələrə Skoda Motorsport avtoidman bölümünün mütəxəssisləri yardım edəcəklər. Eskizlərdən göründüyü kimi, donor yeni və aqressiv kuzov dəstinə, genişləndirilmiş təkər tağlarına və ralli-karın əsas atributu olan antiqanadı alacaqdır.
İlk inşa edilmiş tələbə avtomobili Skoda Citigo modelinin bazasında inşa edilmiş Citijet rodsteri olub. Hetçbeki damdan və arxa oturacaqlardan məhrum etmiş, əllə hazırlanmış arxa spoyleri, idman buraxılışını, 16-düymlük təkər disklərini, qırmızı tikişi olan dəri ilə üzlənmiş uçqollu sükanı , 300-vatlıq səs sistemini və salon işıqlandırmasını quraşdırmışdılar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.