Valentin Fuks və Pyer Jovino adlı fransız tələbələr Varok adını almış Volkswagen minik pikapının layihəsini hazırlamışdırlar. Avtomobil tələbələrin alman şirkətinin dizayn mərkəzində təcrübə keçərkən yaratmışdırlar.
“Layihənin məqsədi Volkswagen şirkətinin öz yutunu* hazırlayaraq Avstraliya bazarına çıxmasını təsəvvür etmək idi”, - Fuks bəyan etmişdir. Dizaynerlərin sözlərinə görə, avtomobilin layihəsi üzərində işləyən zaman, onlar Vauxhall Maloo və Volvo V90 modellərinin dizaynından ilham almışdılar. Pikap kuzovlu avtomobildə üç sərnişin və iri ölçülü yük üçün lazımi qədər yer ola bilər. Misal üçün, kuzova serfinq üçün lövhələri və ya kross motosiklini yerləşdirmək olard. Çıxarılan xüsusi arxa hissənin quraşdırılması halında Volkswagen Varok beş sərnişin götürə bilər. Bu halda yükü avtomobilin damında aparmaq mümkündür. Hazırda Volkswagen şirkətinin model cərgəsində ancaq Amarok pikapı mövcuddur.
*yut (ingiliscə - ute) - pikap kuzovlu minik avtomobili, "Coupe utility" sözünün sadə dildə ifadəsi.