Skoda şirkətinin peşə məktəbinin tələbələrinin hazırladığı səkkizinci konsept avtomobilinin adı məlum olub. Skoda Kamiq modelinin bazasında inşa ediləcək krossover Afriq adlanacaqdır. Yaradıcıların söylədiklərinə görə, konsept əvvəllər Afrika qitəsində keçirilən Dakar ralli-reydinin şərəfinə adlandırılıb. Lakin, bilindiyi kimi, 2022-ci ildə ralli-reyd Səudiyyə Ərəbistanında keçiriləcəkdir.

Məlum olduğu kimi, məhz Skoda markası Volkswagen şirkətinin Şimali Afrikadakı strategiyasına cavabdehdir. Adın sonundakı “q” hərfi isə çex markasından olan müasir krossoverlərin özünəməxsus xüsusiyyətidir.

Skoda Afriq modelinin üzərində 25 nəfərdən ibarət komanda çalışır. Konseptin əsası kimi, Avropada satılan Kamiq krossoveri götürülüb. Konseptin yaradılmasında tələbələrə Skoda Motorsport zavod komandasının mütəxəssisləri kömək edəcəklər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.